Yuxarı

Nizami İsgəndərov qapadılan istirahət mərkəzini bərpa edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 yaşlı İmran Cəfərzadənin ayağını itirməsinə səbəb olan "Nabran Holiday Village"in adı dəyişdirilir.

"CTF" şirkətinin təsisçisi, Milli Məclisin sabiq deputatı Nizami İsgəndərov ona məxsus "Nabran Holiday Village" istirahət mərkəzinin fəaliyyətini bərpa edir.

Ötən il 2 yaşlı İmran Cəfərzadənin ayağını itirməsinə səbəb olan istirahət mərkəzinin adı dəyişdirilir. Yerli sakinlərdən qəzetimizə verilən məlumatda deyilir ki, o vaxt Baş Prokurorluq tərəfindən istirahət mərkəzinin qapısına vurulan möhür bir neçə gün öncə qoparılıb.

Tikinti işləri gizlicə aparılır

Xaçmaz sakinləri deyir ki, son iki həftədir istirahət mərkəzində canlanma yaranıb. Əvvəllər "Nabran Holiday Village"də işləyənlər yenidən işə çağırılıblar. Eyni zamanda Xaçmazdan iki tikinti briqadasına sözügedən istirahət mərkəzində iş təklif olunub. Məlumatda qeyd olunur ki, ilkin mərhələdə Baş Prokurorluq tərəfindən fəaliyyəti dayandırılan "Nabran Holiday Village"in adı dəyişdiriləcək. Daha sonra istirahət mərkəzində kosmetik işlər aparılacaq. Mərkəzdəki motelin daxili və xarici görünüşü yenilənəcək.

Məlumatda o da qeyd olunur ki, istirahət mərkəzində işlər ancaq gecə saatlarında aparılır. Eyni zamanda kənar şəxslərin bu əraziyə yaxınlaşa bilməməsi üçün mərkəzə gedən yol bir neçə yerdən qazılıb.

"Nabran Holiday Village" dəyişib "Caspian Summer Beach" olacaq

Rayon sakinləri istirahət mərkəzinin yeni adını da öyrənə biliblər. Məlumatda deyilir ki, "Nabran Holiday Village"in yeni adı "Caspian Summer Beach" olacaq. Yeniliklər təkcə bununla kifayətlənmir. Belə ki, sabiq deputat Nizami İsgəndərov istirahət mərkəzinə yaxın boş əraziləri də alıb. O, istirahət mərkəzinin ərazisini genişləndirmək istəyir. Tikinti aparılması üçün Xaçmaz Rayon İcra Hakimiyyətindən razılıq alan sabiq deputat "Caspian Summer Beach"i bu ilin iyulunda istifadəyə verməyi düşünür.

Qeyd edək ki, ötən il iyulun 21-də "Nabran Holiday Village" istirahət mərkəzində 2 yaşlı İmran Cəfərzadə uşaqlar üçün hovuzda quraşdırılmış qurğudakı nasosun pərləri arasına düşüb. Nəticədə azyaşlının bir ayağı kəsilib, digəri isə ağır zədələnib. O vaxt istirahət mərkəzinin sahibi, sabiq deputat Nizami İsgəndərov bildirmişdi ki, "Nabran Holiday Village" istirahət mərkəzi son 4-5 ildir müqavilə əsasında müxtəlif icarədarlar tərəfindən idarə olunub.

Həmin vaxt bu məsələ prezident İlham Əliyevin diqqətində idi. Ölkə başçısının göstərişi ilə balaca İmran təcili müalicə olunmaq üçün Almaniyaya göndərildi. Baş Prokurorluq isə "Nabran Holiday Village"in qapadılması və qapılarının möhürlənməsi barədə qərar çıxardı. Eyni zamanda səhlənkarlığa yol verən istirahət mərkəzinin 3 əməkdaşı həbs olundu.

Bir ayağını itirən və Almaniyanın Şarite klinikasında müalicə olunan 3 yaşlı İmran Cəfərzadə ötən ay Bakıya qayıtdı. Bir ayağı tam sağalan, digər ayağına isə protez taxılan balaca İmran artıq əvvəli kimi yeriyə bilir. Xatırladaq ki, onun Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib (müsavat.com).

Tarix
2014.04.02 / 08:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla