Yuxarı

Fakt budur ki, biz Kəlbəcərdən də məğlub ayrıldıq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcərin işğalı zamanı əsir düşən, Kəlbəcərin işğalı ilə bağlı süjetimə qardaşımla bağlı xatirəmdən başlamaq istəyirdim, çünki Kəlbəcər işğal olunanda artilleriya komandiri olan qardaşım da Murovda idi və hətta evimizə onun ölüm xəbəri belə gəlib çıxıb.

Az sonra qardaşım ağız-burnu yara bağlamış vəziyyətdə qayıdıb gəldi. Görünür, Allahın anama yazığı gəlib. Amma Allahın bu anaya yazığı gəlmədi. Kəlbəcərin işğalı zamanı əsir düşən Gülcahan bir həftə sonra əsirlikdə dünyaya gətirdiyi körpəsini qucağına salamat ala bilmədi.

Özünün dediyinə görə erməni həkimlər iynə vurub onun balasını şikəst etdilər.

Bu kadrlar ANS-in arxivindəndir. Əməkaşımız Sevda Həsənova Gülcahandan müsahibə götürəndə Kəlbəcər düz 9 il idi ki, işğal olunmuşdu. Amma bu ananın ürəyini işğal edən təkcə doğulduğu, boya-başa çatdığı yurd yerinin ağrısı deyildi.

Bu ana Kəlbəcərlə birlikdə arzularını da itirmişdi. Oğluna, əsirlikdə Beynəlxalq Qırmızı Xaçın nümayəndələrinin müşayiəti ilə doğulan bu körpəsinə də Arzu adını qoymuşdu ki, bəlkə arzuları haçansa həyata keçsin. Amma o, arzusunu da, arzularını da sonunda dəfn etmək məcburiyyətində qaldı. Onu dinləyəndə bir millət olaraq hələ də ayaq üstə qalmağımıza, başı dik gəzə bilməyimizə heyrət edirəm.

Ermənistanla Dağlıq Qarabağ arasında böyük bir ərazidə yerləşən Kəlbəcərin işğalı əslində gözlənilən idi. Bunu ölkənin o zamankı siyasi rəhbərliyi də bilməmiş deyildi. O vaxt ölkə prezidenti Əbülfəz Elçibəy Mirşahinə müsahibəsində bildirmişdi ki, hücum əməliyyatlarının dayandırılması və səylərin birləşdirilməsi üçün dünya dövlətlərinin tərəfləri bir masa ətrafında oturmaq çağırışını Azərbaycan tərəfi dəyərləndirsə də, erməni tərəfi buna əməl etmir.

Bəlkə də zaman və mövcud şərait baxımından düzgün qərar idi. Ortalıqda doğurdan da Xocalı faciəsinin acı təcrubəsi vardı. Heç bir rəhbər milləti qırğına verdin ittihamını öz üzərinə götürmək istəməzdi. Amma razılaşın ki, rayonların boşaldılmasını düzgün siyasət hesab edənlərlə də istənilən qədər mübahisə etmək və bu mübahisədən qalib ayrılmaq olar.

Fakt budur ki, biz Kəlbəcərdən də məğlub ayrıldıq. Danamıza sahib çıxdıq, anamıza sahib çıxa bilmədik. Daha təəssüf limitimiz də bitib. Görəsən, oğlu Arzunu qəbrə qoyan Gülcahanın arzuları bitibmi? (ANS)

Tarix
2014.04.01 / 22:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla