Yuxarı

DİN ümumrespublika toplantısı keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 1-də Daxili İşlər Nazirliyində (DİN) şəhər, rayon polis orqanlarının polis sahə rəislərinin və sahə inspektorlarının cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətinin təkmilləşməsinə və görülmüş işlərin müzakirəsinə həsr olunmuş ümumrespublika toplantısı keçirilib.

DİN-in mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov toplantının məqsədi və gündəliyi barədə məlumat verib, son on ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirirlən islahatlar çərçivəsində Daxili İşlər Nazirliyi sistemində də köklü islahatların aparıldığını, xidməti fəaliyyətin beynəlxalq norma və standartlara uyğun qurulması, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, sosial funksiyaların genişlənməsi, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmlənməsi, eyni zamanda, cinayətlərin profilaktikası, açılması və istintaqı, bütövlükdə ictimai asayişin təmin edilməsi sahəsində önəmli addımların atıldığını vurğulayıb.

Naxçıvan MR DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Əliəşrəf İbrahimov, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə inspektoru, polis leytenantı Səbuhi Əmiraslanov, Nizami RPİ-nin İctimai Şura üzvü Zümrüd Səmədova, Qazax RPŞ-nin İctimai Şura üzvü Şahismayıl Məmmədov və başqaları çıxış edərək görülən işlərdən danışmış, müzakirə olunan məsələ ilə bağlı təkliflər səsləndiriblər.

Nazir hazırlanan cinayətlərin qarşısının vaxtında alınması üşün polis əməkdaşlarının, o cümlədən, sahə rəislərinin və inspektorlarının zəruri hüquqi biliklərə, geniş dünyagörüşə, yeni texnologiyalarla iş bacarığına, bütövlükdə yüksək professionallığa malik olmalarının vacibliyini xüsusi vurğulamış və bu məsələyə hər bir ərazi polis orqanında xüsusi diqqət yetirilməsini tələb edib.

Eyni zamanda onu da diqqətə çatdırıb ki, profilaktik fəaliyyətdə böyük əhəmiyyət kəsb edən maarifləndirmə işi İctimai şuraların üzvləri, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, təhsil və səhiyyə müəssisələrinin işçiləri, din xadimləri ilə birgə, onların qüvvəsindən, imkanlarından geniş istifadə edilməklə həyata keçirilməlidir.

Xidməti fəaliyyətin təşkilində və nəticələrinin qiymətləndirilməsində ən mühüm vasitələrdən birinin vətəndaşların qəbulunun, ərizə və şikayətlərinə operativ baxılmasının olduğunu qeyd edən nazir bu xüsusda ulu öndər Heydər Əliyevin "Gərək elə işləyəsiniz, özünüzü elə göstərəsiniz, vətəndaşlarla o qədər mülayim, amma cinayətkarlara qarşı o qədər barışmaz olasınız ki, insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər" tövsiyəsini də xatırladaraq əhalinin inamını, etibarını daim qorumağın möhtərəm Prezidentimizin xalqın xidmətçisi olmaq tələbinin, dövlətin və vətəndaşların qanuni mənafeyinin, şərəfli polis adının daim üstün tutulmasının, qanunçuluğa riayət edilməsində hər bir əməkdaşın vətəndaşlara nümunə olmasının, etik davranış qaydalarına ciddi riayət edilməsinin vacibliyini vurğulayıb.

Nazir əmin olduğunu bildirib ki, ümumrespublika toplantısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi hədəflərə çatmaq yolunda növbəti addım olacaq. Sonra cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, bütövlükdə xidməti vəzifələrin icrasında fərqlənən bir qrup əməkdaşın, habelə, əhali arasında hüquqi maarifləndirmə və təbliğat işinin aparılmasında fəal iştirak edən ictimai şura üzvlərinin mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan edilib və R.Usubov tərəfindən mükafatlar sahiblərinə təqdim olunub.

İki gün davam edəcək toplantıda iştirakçılar müxtəlif mövzularda çıxışları dinləyəcək, qabaqcıl təcrübə və iş metodları ilə yaxından tanış olacaqlar.

Tarix
2014.04.01 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla