Yuxarı

Kiyevdən Putinə sərt cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Xarici İşlər naziri Danil Lubkivskiy bəyan edib ki, ölkə federallaşmağa getməyəcək, ancaq yerli özünü idarə islahatları həyata keçirəcək.

XİN rəhbəri "Biz federallaşmağa "yox", yerli özünüidarə reformalarına isə "hə" deyirik. Bu, yerli hakimiyyət orqanlarına və vətəndaşlara daha böyük imkan və səlahiyyət verər" söyləyib.

Xatırladaq ki, ötən bazar Parisdə ABŞ dövlət katibi Con Kerri ilə görüşdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın federallaşmasının vacib, hətta Kremllə münasibətlərin normallaşması baxımından şərt olduğunu bildirib.

Lavrovun açıqlamasına onun ukraynalı həmkarının cavabı isə sərt olub: "Cənab Lavrov, heç bir ölkə, heç bir xalq xoşlamır ki, kimsə ona ağıl öyrətsin, necə yaşamağı və nə etmək lazım olduğunu göstərsin. Ukraynada necə yaşamağa yalnız Ukrayna xalqı qərar verə bilər".

Bundan əlavə, Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov da az öncə Ukraynanın federallaşması üçün əsas olmadığını bəyan edib, "Ukrayna unitar dövlətdir" deyib ("Musavat.com").

Tarix
2014.04.01 / 18:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla