Yuxarı

Əli Əhmədov oğlunun toyuna hazırlaşırdı, amma…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov bu günlərdə oğlu Orxan Əhmədova toy etməyə hazırlaşırmış.

Bu barədə "Axar.az"a prokurorluq orqanlarından məlumat verilib. Bildirilir ki, aprelin 4-ə nəzərdə tutulan toyun artıq dəvətnamələri də paylanıb və bütün hazırlıqlar tamamlanıbmış. Mərasimin "Buta Palace"da keçirilməsi nəzərdə tutulubmuş.

Lakin dünən Ə.Əhmədova ağır faciə üz verib, qardaşı İsa Əhmədov qəflətən dünyasını dəyişib. Bu böyük kədər Ə.Əhmədova oğul toyunun sevincini yaşamağa imkan verməyib.

Hazırda toyun təxirə salınması məsələsi gündəmə gəlib. Başı hüzr mərasiminə qarışan Ə.Əhmədovun hansı qərarı verdiyi bilinmədiyindən, toya dəvət edilən qonaqlar da qərarsızdır.

"Buta Palace" Şadlıq evindən "Axar.az"a bildirdilər ki, bu barədə hər hansı məlumatı mediaya açıqlaya bilməzlər.

Qeyd edək ki, İcra katibinin oğlu O.Əhmədov Nəsimi rayon prokurorunun köməkçisi vəzifəsində işləyir.

Əli Əhmədova bir daha başsağlığı verir və bu ağır günlərində kədərini bölüşdüyümüzü bildiririk.

Tarix
2014.04.01 / 17:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla