Yuxarı

Gürcüstan NATO-ya üzv olur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan NATO-ya üzv olacaq. Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay deyib.

Onun sözlərinə görə, bu siyasət dəyişməyib və dəyişmək niyyəti də yoxdur: "Mən bu məsələ ilə bağlı onu deyə bilərəm ki, NATO mövqeyini dəyişməyib və cari ilin iyununda təşkilatın XİN başçılarının keçiriləcək görüşündə dörd namizəd ölkənin quruma yaxınlaşma yollarına baxılacaq. Bununla bağlı biz hesabat təqdim edəcəyik. Konkret qərara gəldikdə isə bu NATO-nun sentyabrdakı sammitində baxılacaq".

Apaturay onu da ümidvar olduğunu deyib ki, sammitdə Gürcüstanla bağlı irəliyə doğru addım atılacaq: "NATO baş katibi də Gürcüstanla bağlı konkret qərarın verilməsinin tərəfdardır və bu qərar mütləq olacaq, amma bu necə qərar olacaq bunu əvvəlcədən demək çətindir".

NATO XİN başçılarının Brüsseldə bu gün keçirilən iclasında da qurumla Gürcüstan arasındakı münasibətlərə baxılacaq. Bu məqsədlə NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək.

NATO XİN başçılarını toplantısında Gürcüstanın Xarici işlər naziri Maya Pancikidze iştirak edəcək ("Musavat. com").

Tarix
2014.04.01 / 16:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla