Yuxarı

Qaqauz liderdən Putinə yalvarış məktubu – Şok/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovanın tərkibində olan Qaqauziya Muxtar Vilayətinin rəhbəri Mixail Formuzal televiziya kanalına açıqlamasında rəsmi Kişinyovun ünvanına hədə dolu bəynatlar verib.

"Axar.az" xəbər verir ki, Formuzalın çıxışının qayəsində Rusiya ilə əlaqələrin qurulması ana xətti təşkil edib:

"Sabah başımıza gələcək hər hansı problemin aradan qaldırılmasına kimsə qarantiya verirmi? Məsələn, Avropa Birliyinə üzv olan 27 ölkə iqtisadi problemlərimizin aradan qaldırılmasına bizə qarantiya verirmi?"

Qeyd edək ki, cari il fevralın 2-də muxtar vilayətdə referendum keçirildi. Bu addım Moldova mərkəzi hakimiyyəti tərəfindən hiddətləndə qarşılandı. Etiraz bəyanatlarına baxmayaraq, Komrat təmsilçiləri prosesi davam etdirdilər.

Formuzalın məsələyə isə öz yanaşması var:

"Əgər bizim hüquqlarımız pozularsa, nəinki Rusiya, biz Türkiyəyə də, Polşaya və digər Avropadakı dostlarımıza müraciət edəcəyik. Bizim hüquqlarımızı pozmağa heç kimin ixtiyarı yoxdur".

Süjetin sonunda qaqauziyalı fermerlərin də Ruiya ilə əlaqələrin qurulmasında maraqlı olduğu yer alıb.

Qeyd edək ki, dünən Qaqauziya rəhbəri Mixail Formuzal Rusiya hökumətinə məktubla müraciət edərək Moldova əhalisinin sadələşdirilmiş prosedurla Rusiya Federasiyasının vətəndaşlığında yaşaması məsələsinə baxılmasını xahiş edib.

Məktubda bildirilib ki, Moldova əhalisi rus cəmiyyətinə rahat şəkildə daxil ola bilərlər, çünki onlar rus dili və mədəniyyətini yaxşı bilir və onların çoxunu ruslarla provoslav dəyərlər birləşdirir.

Tarix
2014.04.01 / 15:07
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla