Yuxarı

İcra Hakimiyyətindən qəzet köşkləri ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni köşklər məhz qəzet satışı üçün nəzərdə tutulub. Lakin, ticarətçilərin öz xərclərini ödəməsi üçün müəyyən hallarda ərzaq mallarının satışına da icazə verilir".

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəisi Ramiz Hacıyev deyib.

Onun sözlərinə görə, indiyədək paytaxta 200-ə yaxın köşk gətirilib və ehtiyac olarsa, yeni köşklərin gətirilməsi də istisna edilmir.

R.Hacıyev qəzet köşklərində ərzaq mallarının satılması haqqında deyilənlərə də münasibət bildirib: "Köşklərdə əsasən qeyri-ərzaq malları satılır ki, bu da ticarətçilərin kommunal və digər xərclərini ödəməsinə imkan yaradır. Bu qəzet köşküdür, ərzaq mağazası deyil. Lakin nəzərə alaq ki, bir qəzet köşkündə istifadə olunan işığın pulu təxminən 60-70 manatdır, qəzet satışından gəlir isə 50 manatdan yuxarı ola bilməz. Belə olan halda ticarətçilər yalnız qəzet satışı ilə öz xərclərini ödəyə bilmirlər. Bu baxımdan müəyyən hallarda onlara güzəştlər olunur. Eyni zamanda həmin köşklərdə əsasən qeyri-ərzaq malları satılır. Yəni xarab olma ehtimalı olan mallar satılmır".

Tarix
2014.04.01 / 14:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla