Yuxarı

Saşko Biliy: "İndi Qırmızı Meydanda gəzirdik" - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın millətçi "Sağ sektor"unun qətlə yetirilmiş üç liderindən biri –Saşko Biliyin Çeçenistanda ruslara qarşı savaşdığı barədə Rusiya mediası növbəti süjet yayımlayıb.

"Axar.az"ın məlumatına görə, yayımlanan video-çarxın xronometrajının 6-21 dəqiqəsində Biliydən Çeçenistana hansı səbəbdən gəlməsi soruşulur. O, isə cavabında Moskvadan gəlmiş aqressora qarşı savaşdığını açıqlayır.

Daha sonra öyrənilir ki, onun dəstəsində Ukraynadan gəlmiş neçə nəfər rus hərbçilərinə qarşı savaşır:

- Mənimlə birlikdə 200 yaxın ukraynalı döyüşçü gəlib. Daha yaxşı olar ki, biz qalibiyyətimizi Moskvanı almaqla qeyd edək. Döyüşçülərimdən olduqca razıyam. Moskalların açıqladığı dezinformasiyaya inanmayın. Onlar Çeçenistanda heç bir uğura nail ola bilməyib. Başqa məqamı deyim – ruslarda olan texnika və hərbi sursat bizdə olsaydı, çoxdan Qırmızı Meydanda qalibiyyət paradını qeyd edərdik, gəzərdik".

Xatırladaq ki, Ukrayna hadisələrinin başlandığı ilk gündən Rusiya tərəfi "Sağ sektor" və onun liderlərinin ünvanına ən kəskin ifadələr işlətməyə başlamışdılar. Qətlə yetirilmiş Saşko Biliyin isə çeçen döyüşçüləri ilə ruslara qarşı savaşdığı indi hər xəbər proqramının manşetində əks olunur.

Yayımlanan videoda Cövhər Dudayevin açıqlamaları da diqqət çəkir.

Tarix
2014.04.01 / 14:19
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla