Yuxarı

Murad Köhnəqala Azərbaycansız yaşaya bilmədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Murad Köhnəqəla ilə müsahibə

- Salam, Murad bəy, məlumat aldıq ki, artıq Bakıdasınız. Xoş gəlmisiniz. Niyə qayıtdınız?

- Salam. Hə, gəlmişəm. Düzü, yaman darıxdım. Əslində, mən cavan vaxtı çox olmuşam xaricdə, Rusiyada yaşamışam. Onda heç demək olar ki, darıxmırdım. Bəlkə, yaşla əlaqədardır, bilmirəm. Amma bu dəfə həqiqətən çox darıxdım. Mən orda sığınacaq istəmişəm, "özünü təhvil verib" – deyirlər onlar. Birinci intervü oldu, "mən nə üçün gəlmişəm?" – bunu izah etməliydim. Xeyli danışdıq, hardasa, üçsaatlıq, yarısı qaldı gələn dəfəyə. Hardasa 3-4 ay keçmişdi. Mənə sığınacaq vermək istəyirdilər. Stokholmu gəzdim, şəraiti, adamları, mühiti öyrəndim, nəsə ürəyim sıxıldı.

- Bizim mühit daha ürəyinizcədir?

- İnan ki, nəsə, Avropa ürəyimə yatmadı. Çox darıxdım.

- Demək, öz təşəbbüsünüz olub gəlmək, o tərəf sığınacaq verməkdən imtina etməyib?

- Sadəcə, darıxdığım insanlar vardı, onlar çəkdi məni.

- Birdəfəlik gəlmisiniz, yoxsa, yenə getməyi planlaşdırırsınız?

- Birdəfəlik gəlmişəm.

- Gələn kimi ilk olaraq hara getdiniz?

- Məni onlar yola saldılar. Ərizə yazdım – ona "STOP" deyirlər. Yəni bu ərizəylə bütün prosesi dayandırırsan. Orda ərəblər çox idi, başqa millətlər də var idi. Hamısı ölürdü Avropada qalmaq üçün. Məəttəl qalmışdılar mənim qayıtmaq istəyimə. Belarus, əfqan uşaqlar var idi, hamısı deyirdi, dəlisən sən. Bu boyda prosesdən keçmisən, götürürlər səni, hara gedirsən? "STOP" verəndən sonra mənə dedilər ki, pasportun varsa ... Orda pasportu gizlətmişdik. Qaçaq yolla gəldiyimizi demişdik. Dedim, var Stokholmdadı, dostumun evində. Biz bir az mərkəzdən uzaqda – düşərgədə qalırdıq. "Düşərgə" deyəndə, yataqxanalar kimi yox da, üçmərtəbəli otel idi. Kafesi vardı, gündə üç dəfə yemək verirdilər. Poçt qutuları var. Hər şeyi poçtla göndərirlər.

- Mən eşitmişdim ki, düşərgədə yaşayanlara şəhərə getmək qadağandır.

- Mən də eşitmişdim. Hətta mənə getməmişdən qabaq demişdilər ki, bəzi düşərgələrin qapısında polislər dayanır, qoymurlar kənara çıxmağa. Bizdə elə deyildi. İstədiyimiz vaxt rahat, hər yerə gedə bilirdik. Nə isə, mənə dedilər ki, pasportu verəndən sonra məktub yazacağıq. Mən də gözlədim, məktub gəldi ki, "Gəl". Getdim miqrasiya mərkəzinə. Dedilər ki, səni birisigün yola salırıq. Amma məktub gələnə kimi bir həftə çəkdi. O bir həftə az qalırdı bağrım çatlaya – beynimdə getmək vardı deyə... Stokholm aeroportuna bir gün əvvəl gəldim. Dedim, birdən gecikərəm. Stokholmdan İstanbula, İstanbuldan Bakı reysi ilə uçdum.

Bir gün aeroportda qaldım. Orda azərbaycanlılardan mənə "dost", "qardaş" deyənlərdən heç biri gəlmədi. Bir ləzgi oğlan vardı, o yola saldı.

- Kimlərdən ki umurdunuz, gəlmədi, kimlər idi onlar?

- Adlarını demək istəmirəm. Özləri bilir.

- Bir də dediniz ki, sizi vətənə çəkən adamlar var idi. Kimlərdir – dost, tanış, sevgili?

- Yox, ad çəkmək istəmirəm. Amma məsələn, Tahir Kazımlı, Salam Sarvan, Aqşin Yenisey, nə bilim, dostlar vardı ki, onlarçün darıxmışam.

- Həmişə vətəndə.

- Təşəkkür edirəm, var olun ("1937.az").

Tarix
2014.04.01 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla