Yuxarı

Azərbaycan məktəblərində dərs müddəti uzadılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti dərs ilindən Azərbaycanda tədris müddətinin uzadılması gözlənilir.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, tədris müddətinin artırılması ilə bağlı Təhsil Nazirliyi təklif irəli sürüb.

Onun sözlərinə görə, bu il tədris müddətinin başa çatmasına az qalıb və dərs ili planlaşdırılmış vaxtda başa çatacaq.

C. Bayramov qeyd edib ki, dərs müddətinin uzadılması tədris proqramları ilə bağlıdır və bunu dərs ilinin ortasında etmək düzgün olmaz: "Bizim apardığımız analizin nəticələri göstərdi ki, Azərbaycanda cəmi 32 tədris həftəsi var. Bu da çox aşağı göstəricidir. Digər ölkələrdə orta dərs müddəti 38 həftədir, bəzi ölkələrdə isə bu, 40-42-43 həftəyə çatır. Bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf keçdikcə, illər ötdükcə bu yüngülləşmir. Biz isə tədris müddətini azaltmaqla, dərs yükünü artırırıq. Bu da bir çox halda valideynlərin haqlı narazılığına səbəb olur".

Dərs müddətinin tədris ilinin əvvəlində və ya sonunda artırılmasına gəlincə, nazir müavini qeyd edib ki, bununla bağlı tam qərar hələ ki, qəbul olunmayıb.

Onun sözlərinə görə, böyük ehtimalla bu, dərs ilinin sonuna günlərin əlavə edilməsi hesabına artırılacaq.

Tədris ili ərzində dərs müddətinin 3 həftəyədək artırılması gözlənilir ("Trend").

Tarix
2014.04.01 / 13:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla