Yuxarı

“Azərenerji”də böhran: Etibar Pirverdiyev işdən çıxarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onu Baba Rzayevin əvəzləyəcəyi gözlənilir.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətində (ASC) böhran hökm sürür. "Axar.az"ın "AzNews.az"a istinadən verdiyi məlumata görə, böhran həm maddi sıxıntılar, həm də daxili psixoloji gərginliklə müşahidə olunmaqdadır. Qurum əməkdaşlarından verilən məlumata görə, hazırda ASC-də ciddi kağız qıtlığı yaşanır. Əməkdaşın dediklərinə inansaq, mövcud durumun yaranmasının əsas səbəbi maliyyə sıxıntıları ilə bağlıdır. Hətta kağız almağa da vəsait tapmayan "Azərenerji"dəki mövcud vəziyyət ASC-nin böyük layihələri maliyyələşdirməsi ilə izah edilir.

Digər bir məlumatda isə qeyd olunur ki, böyük məbləğdə kredit borcları olan ASC həmin borcları ödəməkdə çətinlik çəkir. Lakin bütün sıxıntılar sadəcə kredit borcları və sponsorluqla əlaqəli deyil. Hətta vəziyyət o həddə çatıb ki, "Azərenerji"nin dəhlizlərində sədrin dəyişdiriləcəyi və "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin "Azərenerji" rəhbərliyinə gətiriləcəyi danışılır.

Mənbəmiz qeyd edir ki, bununla əlaqədar olaraq, ASC-də qeyri-müəyyənlik hökm sürür. Bu isə özlüyündə bir sıra gərginliklərə səbəb olub, hətta işçilərin rabitə imkanları məhdudlaşdırılıb. Belə ki, beynəlxalq çıxışı olan telefonlar ciddi nəzarətə götürülüb.

Novruz bayramı ərəfəsində yaranan gərginlik hazırda daha sərt şəkil alıb: "Kiminləsə danışmaq olmur. Deyilən hər şey adamın öz əleyhinə çevrilir. Çox adam iş axtarmağa başlayıb. Çox böyük narahatlıq var. Rəhbər şəxslərin heç birinə söz demək olmur. Hamı çox gərgindir".

Məsələ ilə bağlı "Azərenerji"nin mətbuat xidmətinin (MX) rəhbəri Fəridə Behbudova ilə əlaqə saxladıq. O, əvvəlcə bu xəbərləri bizdən eşitdiyini söyləyərək, bütün bunların dedi-qodu olduğunu bildirdi. Amma bu fikrindən bir neçə saniyə keçməmiş "sizin dediklərinizi nə təsdiq, nə də təkzib edirəm"- dedi.

Daha sonra isə ümumiyyətlə, bu barədə danışmaq istəmədiyini söylədi... Bundan sonra Fəridə xanımla olan dialoqumuzu təqdim edirik:

-Nə vaxt etibarlı mənbənizi bizə təqdim etsəniz, sizə cavab veriləcək. İndi mənim söylədiklərim mövqe deyil. Çünki siz məndən "Azərenerji"nin fəaliyyəti barədə soruşmamısınız. Yazsanız, problem yaşayacağıq.

- Sizin fikirləriniz niyə rəsmi hesab olunmasın ki? Qurumun rəsmi sözçüsüsünüz.

- Dediklərinizi yazılı şəkildə bizə göndərin, əsaslandırın. Mən indi sizə belə cavab verməyəcəyəm. Əgər siz mənim dediklərimi mövqe kimi bildirsəniz, bu, hörmətsizlik olacaq. "Azərenerji"ni fəaliyyətinə aid, bizim həyata keçirdiyimiz layihələr...

- Siz bizə nə qədər vaxta cavab verə bilərsiniz?

- Siz yazılı şəkildə göndərin, mən rəhbərliyə təqdim edim. Cavabı onlar verir, mən vermirəm. Siz məni düz başa düşün. Mən burda sadəcə olaraq koordinatoram. Jurnalistlərdən daxil olan sualları götürüb cavablanması üçün aidiyyatı idarələrə, şəxslərə təqdim edirəm. Siz deyirsiniz ki, mən mövqe bildirim. Mənim nə ixtiyarım var mövqe bildirim?!

- Problem yoxdu, siz elektron adresinizi deyin, ora gönderek...

- Offf... sizə sadəcə adamı əsəbiləşdirməklə məşğulsunuz, ey vallah. Adama elə gəlir ki, jurnalistikada ilk gündür işləyirsiniz.

Fəridə xanımın onu əsəbiləşdirməyimizlə bağlı dediklərinə də, bizdən inciməyinə də hardasa haqq qazandırmaq olar. Yəqin ki, onun bu həyəcanı və hətta "Mənim nə ixtiyarım var mövqe bildirim?" deməsi elə sözçüsü olduğu qurumdakı qeyri-müəyyənlik, gərginliklə bağlıdır.

Tarix
2014.04.01 / 11:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla