Yuxarı

İran azərbaycanlı sahibkarlara çağırış

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran azərbaycanlı investorları Ərdəbil əyalətində, xüsusi ilə Meşginşəhr və Səreyn bölgələrində yerləşən qızıl və mis mədənlərinə sərmayə yatırmağa çağırır.

Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin bildirib ki, Meşginşəhr bölgəsi Ərdəbil əyalətində mis və qızıl mədənlərinin yerləşdiyi önəmli yerlərdən biridir: "Meşginşəhr bölgəsi qızıl və mis ehtiyatları ilə zəngindir və bu bölgədə sərmayə yatırmaq üçün əlverişli şərait mövcuddur. İqtisadi baxımdan da bu bölgənin qızıl və mis mədənlərinə azərbaycanlı və iranlı investorların müştərək sərmayə yatırması məqsədəuyğundur".

Səfir qeyd edib ki, Meşginşəhr Savalan dağının ətəyində yerləşdiyi üçün bu bölgədə turizm sahəsinə də sərmayə yatırmaq mümkündür: "Bu bölgədə müalicə xarakterli 9 növ bulaq və eləcə də 420-dən çox tarixi abidə, gəzməli yerlər var. Turizm sahəsinə sərmayə yatırmaq, hotel və əyləncə mərkəzlərinin istifadəyə verilməsi üçün bu bölgədə əlverişli şərait var".

M.Pakayin bildirib ki, Ərdəbilin Sərein şəhəri və onun ətraf bölgələrində də turizmin inkişafı üçün əlverişli şərait mövcuddur və bura hər zaman azərbaycanlı turistlərin diqqət mərkəzində olub.

Onun sözlərinə görə, Ərdəbil əyalətinə səfər edən turistlər Səreini ən azından bir dəfə görür və bu şəhərin gözəlliklərini seyr edirlər: "Səreində hotellər, iaşə müəssisələri, müasir müalicəvi su hovuzları, akvapark və "Alvars" xizək idman kompleksi mövcuddur ki, bu da həmin bölgədə turizmin inkişafı məqsədilə sərmayə yatırmaq üçün əlverişli şərait yaradıb".

M.Pakayin deyib ki, Ərdəbil əyalətinin valiliyi xarici, xüsusi ilə azərbaycanlı investorları dəstəkləmək məqsədi ilə proqram həyata keçirir. Onun sözlərinə görə, İranın Azərbaycandakı səfirliyi Ərdəbil əyalətinin valiliyi ilə birlikdə azərbaycanlı sərmayəçilərin Sərein və Meşginşəhrdə sərmayə yatırması üçün lazımi güzəştlərin edilməsi istiqamətində yardım göstərməyə hazırdır.

Qeyd edək ki, ötən həftə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Ərdəbil əyalətinə səfər etmiş, Meşginşəhr və Sərein bölgəsində bu şəhərlərdən olan parlament nümayəndələri və icra başçıları ilə görüşlər keçirmişdi ( Trend ).

Tarix
2014.04.01 / 10:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla