Yuxarı

Bu il Azərbaycanda meyvə qıtlığı olacaq - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məhz bu şaxtanın təsiri nəticəsində Azərbaycanda meyvə qıtlığı gözlənilir".

Bunu martın 30-da ölkə ərazisinə qar və dolu düşməsi üzündən yaranmış problemləri şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov "Axar.az"a bildirdi: "Ümumilikdə qarın yağması əkinəcək üçün bir o qədər zərərli deyil, amma nəzərə almaq lazımdır ki, qar yağmazdan bir gün əvvəl yəni martın 29-da havanın temperaturu 20 dərəcəyə qədər yüksək olub. Amma martın 30-da bəzi rayonlarda hərarət mənfi 2-ə düşüb. Məhz bu şaxtalar meyvə ağaclarının çiçəkləməsi və mayalanması ilə eyni vaxta düşdüyü üçün çox böyük fəsadları olacaq. Xüsusən də alça, ərik, şaftalı və "mayovka vişnə" deyilən tezyetişən gilas ağaclarının çiçəklərinə ciddi zərər vurub. Məhz bu şaxtanın təsiri nəticəsində Azərbaycanda meyvə qıtlığı gözlənilir. Dolunun düşməsi isə daha çox mənfi təsir etdi. Xüsusən də faraş tərəvəzçiliklə məşğul olan, kartof əkən insanlar bundan çox ziyan görəcək. Amma bununla yanaşı qarın yağmasının kənd təsərrüfatına xeyri dəydi. Belə ki, Aran rayonlarında Kür suyunun azlığı və quraqlıq suvarmaya problem yaratdığı üçün məhz qarın yağması bu problemin həllinə kömək etdi. Ümumilikdə qarın taxıl bitkilərinə, çoxillik ot bitkilərinə və hələ çiçəkləməmiş ağaclara müsbət təsiri var".

Aran zonasında 3000 hektar dəmyə taxılçılığı var

Salyandan olan fermer Elçin Əzizov isə hesab edir ki, qarın yağmasının heç bir ziyanı yoxdur. Əksinə: "Birmənalı şəkildə deyə bilərəm ki, bu yağıntının kənd təsərrüfatı sahəsinə xeyri var. Çünki hazırda Kür çayında suyun səviyyəsi aşağıdır və bir çox Aran rayonlarında suvarmada problemlər yaranıb. Məhz qarın yağması suvarmaya yardım edir. Bizdə mənzərə belədir ki, pambiq hələ əkilməyib, taxıl məhsulları əkilib və suvarmaya ehtiyac var. Yoncaya isə bu qarın, şaxtanın heç bir təsiri ola bilməz. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, burada 25000-30000 hektarlıq dəmyə taxil var. Bu isə o deməkdir ki, indiki qar onların məhsuldarlığını iki qat artıracaq".

Qarın və dolunun çiçəkləyən ağaclara təsirinə gəlincə, fermer hesab edir ki, bu təsir o qədər də müşahidə edilməyəcək: "Bu, ancaq bəzi tezyetişən bostan bitkilərinə hansısa kiçik ziyan vura bilər. Çiçəkləyən ağaclara gəldikdə isə hesab edirəm ki, qar və dolu cəmi bir neçə saat müddətində olduğu üçün o qədər də mənfi təsir etməyəcək".

Xatırladaq ki, martın 30-da Azərbaycanın bir çox rayonlarında qar yağıb, paytaxt Bakı və bəzi rayonlarda isə qarla yanaşı dolu da düşüb. Temperatur bəzi rayonlarda mənfi 5-dərəcəyə qədər çatıb. Məhz bu təbiət hadisəsindən sonra aqrar sahədə çalışanlar kənd təsərrüfatı sahəsinə ziyan dəyəcəyi ilə bağlı həyəcan təbili çalıblar.

Tarix
2014.04.01 / 10:30
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla