Yuxarı

“Aygün Kazımovanı istəyirəm mən...” - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ziyafət kişidir mənim adım, "luboy" oğlandan soruş, deyəcəklər sənə, necə adamam. Nə olsun burda işləyirəm?!"

Səsə tərəf döndüm və bu səsin sahibi diqqətimi həmən çəkdi. Pilləkənlərin üstündə dayanmışdı və həmsöhbətinin "aradan çıxmasına" mane olurdu... Həmsöhbəti qulaq asır və onun dediklərini candərdi təsdiqləyirdi:

- Adam sifətindən tanınır, kim kimdir. Səndə naxələflik olmaz. Mən razı...

Gəl indi səni maraq çəkməsin, nə etsin. Kişinin dayandığı pilləkənin arxasındakı qapının üstündəki şəkil buranın tualet oduğundan xəbər verir. Yuxarı qalxıb içəri keçirəm. Paytaxtımızdakı Cəzaçəkmə Müəssisələrindən birinin qarşısındakı bu ayaqyolunun səliqə-sahmanına baxan kişi özündən çox razı görünürdü.

Koroğlu kimdir? Tanımıram...

Ayaqyolu çox səliqəlidir. Hətta şəhərin ən bərkgedən şadlıq evlərinin də ayaqyolusu bu səliqəyə həsəd apara bilər.

Əlüzyuyanın üstündəki elan da diqqətimdən yayınmır. "Burada nəzərdə tutulacaq əməldən başqa heç bir iş görülə bilməz!"

Əstəğfirullah, yəni doğurdan da bu ayaqyolunda hansısa sirr gizlənir? - düşünərək özümü bir qədər məşğul göstərirəm. Ziyafət kişinin çənəsinin altından canını qurtaran kişi aralanan kimi soruşuram:

- Koroğluya qohumluğun çatmır ki? – şələ bığlarına görə soruşuram və söhbətə körpü salmaq istəyirəm.

- Nə?! Koroğlu kimdir? Kopooludur, Koroğlunu tanımıram. Haqqında eşitmişəm. Amma görməmişəm. Mən "voobşe" heç kimi görmürəm. Ancaq adamlarını, yaxınlarını görürəm. O da əgər lazım oluramsa...

"Hə, deyəsən ilişdi", fikirləşirəm və bir qədər də yaxına gəlirəm:

- Mənə dedilər səninlə əlaqə saxlayım... - özümü lap film qəhrəmanları kimi aparıram.

- Kim dedi? – o da mənim kimi səsini aşağı salır...

- Adam vardı, dedim, görüşüb söhbət edək. Özü xəbər göndərib ki, nə sözüm varsa, sənə deyim...

- "Özü" kimdir, sən nə danışırsan, mənə heç kəs heç nə deməyib?

Sənə kim dedi, mənimlə əlaqə saxla?

Özümü müəmmalı durumda qalmış, əlacsız adam kimi aparıram. Siqaret yandırıb dərindən nəfəs alıram. Yazıq görkəm alan sifətimə baxan gözləri az qala hədəqədən çıxacaq qədər böyüyür:

- Səni birinci dəfədir görürəm, sənə kim dedi, mənimlə əlaqə saxla?

- Yəqin səhv gəlmişəm, mən dedilər ki, Ziyafət kişi ilə görüşərsən. Hələlik... – adını bayaq öz dilindən eşitmişdim.

Tualetə, "ubornıya" televizor?

Çölə çıxıram. Ayağa qalxır, stolun arxasından kənara çəkilir:

- Bir dur görüm, səhv gəlməmisən, düz gəlmisən, Ziyafət kişi mənəm. Geri dönürəm. Bir az da söhbət edirəm. Suallarımı cavabsız qoymur. Maraq isə onu az qala üzür. İntizarda saxlayıram və mövzudan yayınıram:

- Bura niyə televizor qoydurmursuz?

- Hara? Tualetə, "ubornı"ya televizor? – Kirpiklərini tez-tez qırpıb deyir, sonra da: - Nə bilim, deyərəm. Amma hara qoymaq olar, burda yer yoxdur axı...

- Niyə, səliqəlidir bura, təmizdir, lap kabinetə oxşayır.

- Deyirsən səliqəsiz olsun?

- Yox, niyə ki! Yaxşıdır. Bığların əladır, belə bığı hər kəs saxlaya bilməz..

Əlini bığlarına çəkir. Xoş təbəssüm üzünə yayılır:

- Bizim nəslimizdə bığsız adam olmayıb. Hələ babamın bığını görəydin, bax-bax, düz buracan, - əllərini qulaqlarının dibinə aparır.

- Çoxdandır burdasan?

- Səhər tezdən gəlmişəm də, həmişəki kimi.

- Yox e, burada işləməyini soruşuram.

Kim pulu çox istəmir ki?

- Yox, "sedmoy"da "Cıdır düzü" restoranında işləyirdim. Bir dəfə məhərrəmlik vaxtı toylar olmayanda ağız açdım, dedi, gəl bax xoşun gəlsə, otur işlə.

- Kim dedi?

- Elə özü dedi. Mənim başqaları ilə işim olmaz. Həmişə birinci ilə işi görərəm.

- Haqqı da elə özünə verirsən onun?

- Nə haqq?

- Burdan yığılanları.

- Yox əşşi, o buranın puluna qalıb?

- Nə əcəb? Axı o, pulu çox sevir...

- Kim pulu çox istəmir ki... Rəhmətliyin oğlu, elə pula görə oturmuşuq da burda.

Ziyafət kişinin marağı daha da artır. Arada içəri keçənlərin verdiyi qəpikləri alıb cibinə boşaldır.

- Bura səliqəlidir, düz deyirsən, çörəyim burdan çıxır. Qadınlar da, kişilər də burdan istifadə edir. Dustaq yanına gələnlərdi.

- Bəzi müğənnilər var ki, deyir imkansız adamların toyunda pulsuz oxuyaram. Olub ki, içəri keçmək istəyən olsun və imkanı olmasın ödəməyə, onu pulsuz buraxasan?

- Niyə olmayıb ki? Olub. Bəs bu adam neynəsin, buraxmayacam, gedəcək ağaclığa...

- Deyirsən Koroğlunu tanımırsan hə...

- Vallah yox, indi əvvəlki kimi deyil, gündə biri bir adla peyda olur. Kriminal aləmdir də... bilirsən, mən "sedmoy"da yaşayıram. Hər gün gəlib-gedirəm. Günə, Allah bərəkət versin, 20-25 manat qalır. Saat 4-də bağlayıb gedirəm. Amma məni "oformut" ediblər işçi kimi. Heç onu almıram da, nəyimə lazımdır axı.

- Şadlıq evindən pisdir ki bura?

- Yox, bura yaxşıdır. Bilirsən, sənə deyiblər ha, məni gör, bax mənim əsas işim odur. Kim adam tapa bilmir, mən onlara yardımçı oluram, burda o qədər adamların məsələsi həll olunur ki...

- Məsələn, hansı məsələlər?

- Bax, əgər yeri pisdirsə, yaxşı kameraya keçirtmək lazımdırsa və sair. Düzdür, burda pis kamera yoxdur, təzə tikilib, hər şey yaxşıdır. Amma müsəlmanıq da, pul verən də rahat olur ki, adamımız yaxşı yerdədir.

- Deyirsən, indi mən desəm, bizim uşağın yerini yaxşılaşdırmaq olar da?..

- Vallah, sən dilli-dilavər adama oxşayırsan, niyə özü ilə danışmamısan axı?..

- Səni məsləhət bildilər...

Kamera yox, güdükçü yox...

Ziyafət kişi ilə söhbətimiz uzun çəkdi. Cəbrayıl rayonunun Süleymanlı kəndindən olmasını, qaçqınlıq dövründən sonra tez-tez Rusiyaya gedib işləməsindən, 7-ci mikrorayonda qeyri-qanuni tikililəri sahiblərindən aldıqdan sonra icra başçısı olmuş Hüseyn müəllimin göstərişi ilə bu tikililərin sökülməsinə başçılıq etməsindən, burda işə düzəldikdən sonra özünə xeyli dost tapmasından bəhs etdi.

- Elə bu ayaqyolunun belə təmiz olmasının da bir sirri ondadır ki, burda kabinetlərdə ciddi məsələlər həll olunur. Heç kəsin ağlına gəlməz burda kim hansı məqsədlə içəri keçib. Kamera yox, güdükçü yox...

Vaxt tamam olub. Ziyafət kişi ilə sağollaşmaq istəyirəm. Tələsik soruşur:

- Axı sən demədin sənə nə lazım idi? Koroğlu kimdi?

- Ziyafət kişi, bığlarına görə soruşmuşdum. Qoç Koroğlunun bığlarına bənzəyir bığların... Haqqında yazı yazmaq istəyirəm, icazə verərsən?

- Yaz da... amma yaz ki, mən Aygün Kazımovanı Röyadan çox istəyirəm. Televizoru isə özüm alıb qoyacam...

Tarix
2014.04.01 / 09:42
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla