Yuxarı

Ərdoğanın qələbə sirri

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə bələdiyyə seçkiləri bitdi.

Əslində, gözlənildiyi kimi, AKP bütün problemlərə rəğmən bu seçkini qazandı.

Gəzi parkı hadisələrinə və son dövr nurçularla yaşadıqları sıxıntılara, eyni zamanda rüşvətlə bağlı yayılan səs yazıları, nazir övladlarının həbs olunmasına rəğmən Ərdoğanın başçılıq etdiyi partiyanın qazanması onu göstərir ki, Türkiyədə toplum olub-bitənlərə baxmayaraq, başqa birinə səs verməyə risk etmir.

Niyə?

Çünki Ərdoğan indiki halda Türkiyədə alternativsiz liderdir. Onu əvəzləyəcək və AKP komandasının görə biləcəyi işləri edə biləcək başqa bir güc mərkəzinin formalaşa bilməməsi, həm CHP, həm də MHP-nin cəmiyyətdə nüfuzunu itirməsi Ərdoğana və komandasına qalibiyyət qazandıran başlıca şərtlərdən biridir.
Türkiyədə PKK problemi var... AKP-nin hakimiyyəti dönəmində bir vaxtlar ancaq dağlarda terror edən PPK bu gün İstanbulun küçələrində mitinqlər edir. BDP Türkiyənin Böyük Millət məclisində deputatları ilə təmsil olunur.
Türkiyədə türkçülük ideologiyası ciddi şəkildə sıxışdırılır və iqtidar tərəfindən elə daxili siyasət yeridilir ki, bu gün bir türk "türkəm" deməkdən sanki çəkinir hala gəlib. Kürdəm deməksə, sanki bir qürur işi olub.

Türkiyədə sosial şəbəkələr bağlanır...

Gəzi parkında hakimiyyətin tətbiq etdiyi zor nəticəsində insanlar ölür...

AKP iqtidarında nazir kimi təmsil olunan insanların övladları rüşvət üstündə tutulur.

Hətta Ərdoğanın oğlu ilə səsi yayımlanır...

Fətullah Gülənlə ciddi problemlər yaşanır...

Amma bunun yanında...

Türkiyədə iqtisadi inflyasiyanın bütün dünya dövlətlərini silkələdiyi halda bu ölkədə inkişaf qeyd olunur.
Xarici siyasətdə dünənə qədər əl uşağı rolunda olan Türkiyə indi söz sahibdir.

Tez-tez hakimiyyət böhranı yaşayan ölkədə siyasi sabitlik hökm sürür.

Bölgədə hər hansı problem Türkiyənin rəyi nəzərə alınmadan həll olunmur.

Ən nəhayət, Türkiyədə sosial problemlərin həlli üçün böyük layihələr həyata keçirilir. Dünənə qədər xəyal hesab olunan bir çox şey bu gün vətəndaş üçün artıq əl çatan bir hala gəlib.

Yəni AKP işləyir və ölkənin inkişaf etməsində, xarici siyasətdə böyük uğurları var.

Belə olan halda özünün dolanışığına və gələcəyinə ümid etməsinə baxan vətəndaş AKP-ni seçməyə üstünlük verir.

AKP dönəmində daxilidə yaranan problemlərə baxmayaraq, bu gün Türkiyə daha güclüdür. Ən başlıcasısa eynən bu xarici siyasəti yürüdüb daxildə də müəyyən ideoloji məsələləri daha yaxşı formada idarə edib nizama salacaq bir lider də yoxdur.

Yəni Ərdoğan Türkiyədə alternativsizliyin nəticəsi olaraq qalib oldu.

Əgər daha güclü biri olsaydı, biz bu gün AKP-nin bayram mitinqlərində yaşadığı sevincin şahidi olmayacaqdıq.

Tarix
2014.03.31 / 23:30
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla