Ana səhifə Gündəm |
"Ermənistan silahlı qüvvələri mülki vətəndaşlarımızın hüquqlarını pozurlar. Onlar sərhəd bölgəsində olan kəndlərimizi, kəndlərdəki insanları, həyətləri, evləri daim atəşə tuturlar".
Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Qənirə Paşayeva Tovuzun sərhəd bölgəsində yerləşən kəndlərinə səfəri ilə bağlı danışarkən dedi. O, bildirdi ki, ATƏT və bir sıra beynəlxalq təşkilatlar Ermənistanın bu kimi davranışlarına susmaqla obyektiv olmadıqlarını göstərir:
"ATƏT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar Ermənistan tərəfinin insanlıqdan uzaq əməllərini görməzdən gəlir və onların mülkü insanların yaşamaq hüquqlarını pozmasına, kəndləri gülləboran etməsinə, insanlarımızı güllələməsinə göz yumur. Bu, ədaətsizlikdir".
Qeyd edək ki, millət vəkili ilə geniş müsahibəni sabah "Axar.az"dan oxuya bilərsiniz.
Tarix
2014.03.31 / 23:12
|
Müəllif
Tural Qurbanlı
|