Yuxarı

Rusiya dünyanın acığına yeni kart sistemi yaradır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya əhalisinin təxminən 97%-i bu iki iri şirkətin sistemindən istifadə edir".

Bunu "Axar.az"a Rusiyanın alternativ milli kredit kart sisteminə keçməsi ilə bağlı qərarını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi. N. Cəfərli yeni sistemin bazarda rəqabət apara bilməyəcəyini hesab edir: "Öncə onu deyim ki, bu sistem Rusiya daxilində işləmək üçün nəzərdə tutulub. Yəni Rusiyanın daxilində kart vasitəsi ilə olan ödəmələr bu sistemlə həyata keçiriləcək. Həmin sistemin geniş arenaya çıxması, beynəlxalq ödəmələrdə qəbul olunması üçün onun beynəlxalq maliyyə sisteminə inteqrasiya olunması lazımdır. Təbii ki, hazırki sanksiyalar buna imkan vermir. "Visa" və "MasterCard" kimi iri şirkətlər bazarı öz aralarında bölüblər. Hansı ki, bu şirkətlərə məxsus kartlar vasitəsi ilə dünyanın istənilən nöqtəsində məhdudiyyətsiz alış-veriş etmək olar. Amma Rusiyanın milli kart ideyasının reallaşması hələ sual altındadır.

Son məlumatlara görə, Rusiya əhalisinin təxminən 97%-i bu iki iri şirkətin sistemindən istifadə edir. Əgər xaricdə olan Rusiya vətəndaşları öz kartlarında bu sistemdən istifadə edə bilməyəcəklərsə, Putinin bu addımı sanksiyaların qarşısını almaq, yaxud onun təsirini yumşaltmaq üçün atdığını söyləmək doğru deyil".

Ekspert Rusiyanın milli kart sisteminin MDB dövlətlərində işləməsinin mümkünlüyü ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirdi:

"Putinin yaratmaq istədiyi bu sistem ancaq Rusiya ərazisində və gələcəkdə "Gömrük İttifaqı"na daxil olan ölkələrdə işlək ola bilər, hansı ki, həmin ittifaqa Qazaxıstan, Belarus və Ermənistan daxildir. Əgər gələcəkdə "Gömrük İttifaqı"nın ərazisi genişlənsə, bu sistem onlara da şamil edilə bilər".

Xatırladaq ki, Rusiyanın Krımı işğal etməsinə görə Qərb dövlətləri Moskvaya qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalar sırasında dünyanın məşhur "Visa" və "MasterCard" şirkətlərinin Rusiya bankları ilə işbirliyini dayandırmaq qərarı da vardı. Dünya Bankının verdiyi proqnoza görə, bu sanksiyalar Rusiyaya böyük ziyan vuracaq. Təkcə ümum daxili məhsulun dövriyyəsi 1,8% azalma müşahidə ediləcək. Rusiya isə öz növbəsində "Visa" və "MasterCard"a alternativ kredit kart sistemi yaratmağa qərar verib. Bundan öncə Yaponiya və Çin öz milli kredit kart sistemini yaratmışdı. Qısa zamanda məşhurlaşan Yaponiyanın milli alternativi hazırda dünyanın 200-dən artıq ölkəsində istifadə edilir.

Tarix
2014.03.31 / 18:52
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla