Yuxarı

“Azərbaycanda da nurçuluğa qarşı əməliyyat genişlənəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Seçicilərin cəmi 46 faiz səsini qazanan bir partiya ölkəni tək idarə etmək iddiasında ola bilməz".

Bu sözləri "Axar.az"a millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki seçki nəticələrini şərh edərkən bildirdi. Onun fikrincə, bu seçkilərə qiymət vermək çox çətindir:

"Seçki zamanı bir neçə məntəqədə işıqların sönməsinin və seçki bülletenləri ilə dolu çuvalların əllərdə gəzməsinin səbəblərini anlamadan bu seçkilərə qiymət vermək çox çətindir. Ancaq gözlənilən nəticələrdir. MHP və CHP-nin ümumilikdə səs faizləri AKP-nin səs faziləri ilə təxminən eyni idi. Bu onu göstərdi ki, ölkə üzrə tam nəzarətin ancaq bir partiyanın, yəni AKP-nin əlində olması artıq geridə qalıb. Seçicilərin cəmi 46 faizini qazanan bir partiya ölkəni tək idarə etmək iddiasında ola bilməz. Böyük ehtimalla növbəti parlament seçkilərində də AKP bu rəqəmlərə uyğun nəticə göstərəcək".

Millət vəkilinin sözlərinə görə, bu seçkilərin nəticələrindən razı olmayan xalq növbəti seçkiyə kütləvi iğtişaşlarla hazırlaşacaq: "Türkiyədə növbəti iğtişaş dalğası gözləniləndir. Avqust ayında gözlənilən parlament seçkilərinə kimi iğtişaşlar daha da kütləviləşəcək".

S.Rüstəmxanlı hesab edir ki, Ərdoğan hakimiyyətinin növbəti qələbəsi Türkiyədə nurçulara qarşı əməliyyatları daha da artıracaq: "Çoxdan başlayan bu əməliyyatlar daha da genişlənəcək. Azərbaycana da təsirsiz ötüşməyəcək. Demək olar ki, bu əməliyyatların dalğası Azərbaycana çoxdan gəlib. Nurçuluq ciddi təhlükədir".

Deputat deyir ki, son dövrlər Türkiyədə baş verən olaylar, nurçulara qarşı təzyiqlər, qarşılıqlı ittihamlar seçki kampaniyası idi: "Bütün bunlar AKP-nin səs çoxluğuna hesablanmış addımlar idi. Seçkiöncəsi baş verən bu hadisələrin nəticələrə çox böyük təsiri oldu".

Qeyd edək ki, dünən Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Nəticələrə görə, AKP səs çoxluğu ilə liderdir.

Tarix
2014.03.31 / 16:41
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla