Yuxarı

Anar Məmmədovun Abbas Bağırovla 140 minlik davası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Əməkdar artisti Abbas Bağırov "Bank of Azerbaijan" tərəfindən məhkəməyə verilib.

Məlumata görə, A.Bağırov xeyli müddətdir ki, "Bank of Azerbaijan"dan böyük məbləğdə kredit götürüb. 2008-ci ilə təsadüf edən kredit rəsmiləşdirməsi sonradan problemli məsələyə çevrilib. Üstündən 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq, A.Bağırov bankdan götürdüyü 140 min manatı qaytarmayıb. Bu səbəbdən də bank müğənnini məhkəməyə verərək 140 min manatı geri tələb edir.

2011-ci ildə keçirilmiş məhkəmə araşdırmaları zamanı A.Bağırovun adına olan kreditinin şübhəli girov sənədləri əsasında rəsmiləşdirildiyi aşkar olunub. Məlum olub ki, kreditin əvəzində banka girov kimi qoyulmuş obyektin müğənniyə heç bir aidiyyəti yoxdur. Sonradan müğənni girov kimi banka özünəməxsus səsyazma studiyasını qoyub. Beləliklə, məhkəmə vəsaitin ödənilməsilə bağlı qətnamə çıxarıb və cavabdehə daha bir müddət vaxt verilib.

Lakin A.Bağırov bundan sonra da banka vəsait ödəməyib və beləliklə, onun adına olan 140 min manatlıq kredit faiz artımları ilə birgə iki dəfədən çox artıb. Məlumata görə, sonuncu məhkəmə prosesi 2014-cü ilin yanvar ayına təyin olunsa da, A.Bağırov məhkəməyə gəlmədiyindən işin baxılması təxirə salınıb.

Qeyd edək ki, A.Bağırov Gəncə şəhərində qeydiyyatda olduğundan onun problemli krediti üzrə işə Gəncə İnzibati İqtisad Məhkəməsində baxılır. Müğənniyə qarşı məhkəmə davasını isə "Bank of Azərbaijan"ın baş ofisi açıb.

Maraqlıdır ki, kreditin verilməsindən 6 ilə yaxın vaxt keçməsinə və cavabdehin bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasına baxmayaraq onun hazırda banka qoyulmuş girovuna toxunulmayıb. Halbuki, başqa hallarda cavabdehin gecikdirdiyi kreditə görə girovu qısa müddət ərzində bank tərəfindən müsadirə olunur.

Elə məsələnin ən maraqlı məqamı da buradan başlayır. Heç kəsə sirr deyil ki, "Bank of Azərbaijan" Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nəzarətindədir. Hamı bilir ki, Abbas Bağırov Anar Məmmədovla dost münasibətindədir. Anar Məmmədovun mahnılarını da elə Abbas oxuyur. Tez-tez görüşürlər, hansısa mahnı üzərində işləyirlər. Amma bir tərəfdən də Anar Məmmədov Abbası borca görə məhkəməyə verib.

Hətta bir neçə il əvvəl "Aləm gözəldi" mahnısının üstünə dava düşəndə Əməkdar artist Abbas Bağırov həmkarı Ramalın deyil, nazir oğlunun yanında yer aldı. Əslində mahnının Ramala məxsus olduğu hamıya aydın idi.

Biz məsələnin bu tərəfinə toxunmayaraq, işin pərdə arxasında dayanan şok məqamlara aydınlıq gtirmək istəyirik. Redaksiyamıza daxil olan məlumat da o da qeyd olunur ki, əslində müğənninin banka olan borcu böyük bir fırıldaqdır. Daha doğrusu, Anar Məmmədovun sahibi olduğu bankdan pul çıxarmaq üçün istifadə etdiyi variantdır. İddia olunur ki, nazir oğlu müxtəlif adamların adına kredit rəsmiləşdirməklə bankdan milyonlarla pul çıxararaq özünün bildiyi təyinat üzrə xərcləyib. Sözügedən məsələlərlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparıldığı barədə də məlumat var. O məqamda bizə məlum olub ki, "Bank of Azərbaijan"la müxtəlif müştərilər arasında kredit öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı problem mövcuddur və hər biri iş üzrə məhkəmə çəkişməsi gedir. Çox maraqlıdır ki, həmin müştərilərin heç birinin nə əmlakı müsadirə olunub, nə də onlara qarşı tədbir görülüb. Təkcə onu deyək ki, bankla məhkəmə çəkişməsində olan Abbas Bağırov son bir neçə ildə demək olar hər gün Anar Məmmədovla görüntülənir.

Qeyd edək ki, "Bank of Azerbaijan"ın səhmlərini böyük hissəsi "Bağlan Group"un rəhbəri, Nəqliyyat naziri Ziya Məmmədovun şəriki "Hafka" ləqəbi ilə tanına iş adamı Hafiz Məmmədovun oğlanlarına məxsusdur: Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN (12.07%) NEM Holdinq 335.000 AZN (0.67%) Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur.

"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı sözügedən bankla əlaqə saxlayıb informasiya haqda bankın mövqeyini öyrənmək istəsə də, sualı eşidən kimi sorğu göndərmələrini tələb ediblər. Bu gün səhər "Bank of Azərbaijan"a rəsmi sorğu göndərilsə də, hələ ki, sorğuya cavab verən olmayıb.

Abbas Bağırov isə bu barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib. Daha sonra müğənni bankla arasında hansısa prosesin yaşandığını etiraf etsə də, "Bank of Azərbaijan"a borclu olmadığını iddia edib:

""Bank of Azərbaijan"dan mənə zəng etmişdilər, dolaşıq düşən məsələlər var. Mənim maşınım kreditdədir, amma başqa bankda. Bu banka borcum yoxdur"

Eyni zamanda Abbas Bağırov redaksiyadan bu məlumatların işıqlandrılmamasını xahiş edib.

Tarix
2014.03.31 / 14:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla