Yuxarı

Xanım rejissordan Şeyxə təhqiramiz sözlər – Dava

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər kəs tamaşanı öz əxlaqının arşını ilə ölçür. Kim nə görmək istəyir, onu da görür".

Bu sözləri "Axar.az"a Alim Qasımov və Əbdül Mahmudbəyovun yataq səhnələrinə görə sonadək izləmədən yarıda tərk etdikləri qalmaqallı "Qatil" tamaşasının quruluşçu rejissoru Mehriban Ələkbərzadə dedi.

Rejissor qeyd etdi ki, "Qatil" tamaşasında intim səhnələr yoxdur. Tamaşada ancaq məhəbbət, sevgi var: "Filmlərdə minlərlə səhnə olur. Onlaradamı bu adı verirlər? Hər şeyin öz adı var. İki cinsin nümayəndəsinin bir-biri ilə yaxınlığına o adı vermək olmaz. Tamaşada sevgi var, Alim Qasımov və Şeyx Əbdülün dedikləri yox".

M.Ələkbərzadə hesab edir ki, tamaşanın birinci hissəsinə baxıb, ikinci hissəsinə baxmayan insanların ona qiymət verməyə, fikir söyləməyə haqqı yoxdur:

"Bu tamaşa ilə bağlı əxlaqi dəyərlərdən danışan insanların özlərinin əxlaqı yoxdur. Bir-birini sevən iki insan arasında qeyri-əxlaqi heç nə ola bilməz".

Tamaşanın rejissoru deyir ki, o, səhnəyə yetərincə tərbiyəvi və maarifçi tamaşa qoyub:

"Tamaşanı sona qədər izləməyə kiminsə səbri, gücü, ağlı, savadı çatmırsa, onun heç tamaşa haqqında fikirləri də maraqlı deyil mənə. O insanın tamaşa haqqında söz deməyə mənəvi haqqı çatmır".

Xatırladaq ki, Akademik Milli Dram Teatrında səhnəyə qoyulan "Qatil" tamaşasındakı yataq səhnələri tamaşanı izləməyə dəvət alan Alim Qasımovu əsəbiləşdirib və o, tamaşanı yarımçıq tərk edib.

Qeyd edək ki, əsərin ssenari müəllifi yazıçı-dramaturq Elçin, rejissoru isə Mehriban Ələkbərzadədir.

Tarix
2014.03.31 / 13:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla