Yuxarı

Elçin Əfəndiyevin tamaşasında intim səhnələr - Qalmaqal

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov Akademik Milli Dram Teatrında qalmaqal yaradıb.

"Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, teatrın səhnəsində oynanılan "Qatil" tamaşasındakı yataq səhnələrini Alim Qasımovu əsəbiləşdirib və o, tamaşanı yarımçıq tərk edib. Məlumata görə, xalq artisti əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun dəvəti ilə bu tamaşaya baxmağa gəlibmiş. Elə buna görə də etirazını ucadan, yüksək tonla Ə.Mahmudbəyova bildirib: "Ədə Əbdül, məni hara gətitmisən? Bu nə biabırçılıqdır? Gəzmədiyim ölkə qalmayıb, amma mən dünyanın heç bir ölkəsində belə bir biabırçılıq görməmişəm..."
Onun "Qatil"ə olan etirazlı çıxışını aktyorlar, rejissorlar, hətta teatrın direktoru bilsə də, əhəmiyyət verən olmayıb.

Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun açıqlamasında məlumatı təsdiqləyib: "Bizi o tamaşaya Mehriban Ələkbərzada və baş rolun ifaçısı Münəvvər Əliyeva dəvət etmişdi. Biz müasir ola, avropalaşa bilərik, amma müqəddəs şeyləri qorumalıyıq. Bizi yaşadan dəyərlər - namus, qeyrət ölçüsüdür. "Azdrama"da bir dənə də olsa ekspert, teatr tarixinə toxunulası heç nə eləmirlər. Akademik Teatrda elə eybəcər səhnəni elə eybəcər şəkldə təqdim etmək açıq-aydın əxlaqa, dəyərlərə ziddir. Tamaşada seks səhnələrini təqdim etmək milli qəhrəmanların həyatını təqdim etməkdən qat-qat çətin və məsuliyətlidir. Bu səhnələr elə dəqiqliyi ilə işlənməlidir ki, insanlarda nifrət hissi yaratmasın. Yoxsa, müasir düşünürəm, nə bilim Avropaya baxış yolverilməzdir. Mən buradan Mədəniyyət və Turizm nazirinə, teatrın direktoru İsrafil müəllimə də səslənirəm. Belə əttökən seks səhnələri eləmək düzgün deyil. Biz bu biabırçılığa dözə bilməyib tamaşanı tərk etdik. Bizdən savayı hansısa institutun 60-dan yuxarı tələbəsi vardı. Onlar da Alim müəllimin səsini eşidib, narazı halda zalı tərk etdilər. Sonra Mehriban xanımla qarşılaşdıq. O, mənə dedi ki, tamaşadan narazı halda getməyinizdən xəbərim var. Təbii ki, mən ona cavab vermədim. Anlaya bilmirəm, bunlar avropalılardan da o tərəfə keçmək istəyir? Bəlkə daha da çılpaq olmaq istəyirlər?"

Qeyd edək ki, tamaşanın ssenari müəllifi yazıçı-dramaturq Elçin, rejissoru isə Mehriban Ələkbərzadədir.

Tarix
2014.03.31 / 12:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla