Yuxarı

Faiq Ağayev heç “C” kateqoriyasında da deyil

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estradamızın gənc müğənnisi Ramal Əsədzadə ilə "Axar.az"ın redaksiyasında görüşdük. Həmsöhbətimizlə estradamızın bu günü, eləcə də şou-biznesdəki durum haqqında fikir mübadisləsi apardıq.

Vəziyyət yaxşı deyil

- Ramal bəy, siz az bir müddətdə kifayət qədər populyarlaşmısınız. Şou-biznesdə adınız hallanır. Sizcə, bu gün Azərbaycan şou-biznesinin vəziyyəti necədir?

- Konkret olaraq deyə bilərəm ki, Azərbaycan estradasının vəziyyəti yaxşı deyil, eləcə də şou-biznesin...

- Səbəbini nədə görürsüz?

- Səbəb əlbəttə ki, kommersiya. Azərbaycanda prodakşnlar fəaliyyət göstərə bilmir. Türkiyə və Rusiya ilə müqayisədə, bizdə peşəkarlığı və işgüzarlığı ilə seçilən prodakşnlar yoxdur.

- Fikrinizcə, prodakşnlar necə fəaliyyət göstərməlidir?

- Sizə Türkiyə və Rusiyada prodakşnlarından nümunə göstərə bilərəm. Bu ölkələrdə gənclərə çox dəstək olurlar. İlkin mərhələdə gənc müğənniləri vokal müəllimi ilə təmin edirlər. Danışıq qabiliyyəti öyrədirlər və sair. Sonrakı mərhələdə isə müğənninin piar-meneceri kimi çalışırlar. Bütün bunlardan sonra həmin insanı ulduz edirlər. Amma bizdə belə bir şey yoxdur.

Əvvəlcədən pul almasalar, yaxın durmurlar

- Azərbaycanda prodüserlik institutu varmı?

- Düzdür, prodüserliklə məğul olmaq istəyən dostlarım çoxdur, ancaq məndən inciməsinlər, Azərbaycanda prodüser yoxdur. Misal üçün Təranə xanım, Mədinə xanım, Tolik və sair. Təranənin xətrini çox istəyirəm, amma ona prodüser demək olmaz. Təranə piar-meneceridir. Türkiyədə, Rusiyada, Amerikada prodüser müğənnini sıfırdan götürür, ona maya qoyur və nəticəsini görəndə pulunu alır. Bizdə belə deyil, əvvəlcədən pul almasalar, yaxın durmurlar.

- Sizə elə gəlmir ki, Azərbaycan estradasının ən böyük problemi istedadsızlıqdır?

- Düzdür, ona qalsa, gərək müğənnilərin 90 %-nin efirə çıxmasına qadağa qoyula.

Arzum "Qurtlar vadisi"ndə çəkilməkdir

- Siz necə, özünüzü istedadlı müğənni sayırsınız?

- Mən özüm böyük bir məktəb keçmişəm. Musiqi təhsilim, danışıq qabiliyyətim, dünya görüşüm var. Azərbaycan Dövlət İncəsənət universitetinə ən yüksək balla qəbul olunan tələbələrdən biriyəm.

- Bir müddət bundan öncə serialda rol almışdınız. İndi necə, seriala dəvət alsaydınız razılıq verərdiniz?

- Bəli, "Sindrom" serialında rol almışdım. Lakin rolumun öhdəsindən gələ bilmədiyim üçün çəkilmədim. Baxmayaraq ki, müğənni olduğumuza görə aktyorluğu da bacarmalıyıq. Arzum dünyaca məşhur olan "Qurtlar vadisi" serialında çəkilməkdir.

Hər hissə üçün 500 alırdım

- "Rolun öhdəsindən gələ bilmədim", - dediniz, bəlkə aldığınız qonorar sizi qane etmədi?

- Qonorar normal idi. Hər hissə üçün 500 AZN alırdım. Dünyaca məşhur olan "Möhtəşəm yüz il" serialındakı Süleyman rolunu canlandıran Xalid Kvanç çəkildiyi hər bir seria üçün bizim pulla 32 min manat alır.

Toyda oxumağı sənət hesab etmirəm

- Toylara gedirsiniz? Gizli deyilsə, neçəyə?

- Mən başqa müğənnilər kimi özümə konkret qiymət qoymuram. Danışıqdan asılıdır, bəlkə birinin imkanı yoxdur.

- Toyu müğənnilər üçün məktəb hesab etmək olarmı?

- Toy, toy üçün məktəbdir, səhnə üçün yox. Mən illərdir oxuyuram, lakin özümü il yarımdır professional müğənni olaraq görürəm.

Röyanın bir mahnıya 200 min xərci çıxdı

- Niyə müğənnilərimiz daha çox Türkiyəyə üz tuturlar? Orada yaxşı pul qazanırlar, yoxsa bu bir piardır?

- Yox, gəlir yoxdur. Röya xanım özü orada bir mahnı yazdırdı, 200 min manat xərci çıxdı. Əgər gedib pul qazanmayacaqsa, niyə bunu edirlər, anlaya bilmirəm. Sizə misal gətirim, Türkiyə ulduzlarından Yıldız Tilbə və Yıldız Usmanova efirdə dəfələrlə etiraf ediblər ki, biz Türkiyədə pul qazana bilmirik. Mənim fikrimcə, istər Aygün, istər Brilyant, istərsə də Röya Ayxanın əziyyətləri özlərinə qalır. Bu müğənnilərin hər üçü güclü müğənnilərdi, onların Türkiyə şou-biznesinə qatılmaq düzgün fikir deyil.

Sevil və Sevinc bacıları danışıqlarını bilmir

- Səhnəmizə yaraşmayan müğənni varmı?

- Bizdə Sevil və Sevinc bacıları var. Hər ikisi bir araya gələndə baxırsan ki, istedadlı xanımlardı. Görünüşləri də pis deyil, sadəcə, bu insanların danışıq qabiliyyəti yoxdur. Onlar ağızların açıb danışanda başıma qaynar su tökülür elə bil.

- Soyunmaqla yadda qalmaq mümkündür, yoxsa qalmaqalla?

- Soyunmaqla yadda qalmaq mümkün deyil, çünki kifayət qədər soyunan var, bu artıq yararsız üsuldur. Bu gün qalmaqalla yadda qalmaq olur.

Sevda Yəhyayeva və Ruhi oxuya bilmir

- İfasını bəyənmədiyiniz müğənnilərdən kimin adını açıqlaya bilərsiniz?

- Məndən inciməsinlər, bir çoxu mənim dostlarımdı, sadəcə, mən arxada danışmağı sevmirəm. Sevil və Sevinc bacıları, Sevda Yəhyayeva, Ruhi xanım müğənnilikdən uzaqdırlar. Ruhi gözəl xanım və gözəl insandır. Amma oxumaq üçün bu xanımın səsi yoxdur. O bunu anladı və oxumağın daşını atdı.

- Özünüzə rəqib kimi görürsünüz?

- Bizim estradada, şou aləmində olan hər kəs mənə rəqibdir. Əvvəl düşünürdüm ki, mənə rəqib yoxdur. Sonra düşündüm ki, bu yanlış fikirdir. Səhnədə olan hər kəs mənə rəqibdir.

Kalan qazanmışam

- Müğənnilərin sayının artmasını nədə görürsünüz?

- Bu yaxınlarda ailəmlə bir türk filminə baxırdıq. Atam elə birdən dedi ki, bu nədir, filmlərin hamısı eyni formada çəkilib. Kasıb olur, gedir sonra müğənni olur varlanır. Açığı, indi bizdə də belədir, sənətə gələn müğənnilərin bir çoxu pul qazanmaq üçün gəlirlər.

- Peşəkar səhnəyə gələndən sonra qazancınız necə olub?

- Özümə görə kalan pul qazanmışam, məni qane edir.

- Üzeyirin bayağı oxuduğunu deyirlər. Bayağı oxumaq nədir?

- Bu insanın musiqiləri 99 faiz plagiatdır. Özbək və kürd musiqilərindən bəhrələnir. Mahnının sözlərini götürüb dəyişib, oxuyur. Lakin uğurlu da alınır, sevənləri də çoxdur.

Faiq Ağayevi heç "C" kateqoriyasında belə görmürəm

- Özünüzü hansı kateqoriyada görürsünüz?

- Azərbaycanda kateqoriya yoxdur, ola da bilməz.

- Faiq Ağayev özünü "A" kateqoriyası kimi təqdim edib…

- Yox, mən Faiq Ağayevi heç "C" kateqoriyasında belə görmürəm.

- Müğənnilərdən kimə paxıl deyərdiniz?

- Mənim üçün ən paxıl müğənni, Əli Mirəliyevdir.

Tarix
2014.03.31 / 12:38
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla