Yuxarı

Q.Hüseynli: “Ərdoğan Azərbaycana müdaxilə edə bilməz”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ərdoğanın qalibiyyətini cəsarətlə "Pirr qələbəsi" adlandırmaq olar".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

"Bu, hələ tam qələbə deyil"

O, Ərdoğanın partiyasına qarşı yaxın günlərdə ciddi etirazların olacağını bildirib:

"Bir sıra bölgələrdə, xüsusən də böyük şəhərlərdə seçkilərin nəticələrini müxalifət qəbul etmir. Məsələn, Ankarada MHP və CHP AKP-nin qələbəsini qəbul etmirlər. Axı necə ola bilər ki, AKP namizədi olan Melih Gökçen keçən seçkilərdə 40% səslə qələbə qazandığı halda, indi səslərini xeyli artırıb. Üstəlik, partiyası bu qədər səs itirdiyi bir zamanda bu reallaşıb. Bəzi yerlərdə işıqların keçməsi, bəzi yerlərdən gələn digər faktlar sübut edir ki, bu, heç də sonadək ədalətli seçki olmayıb. AKP birinci yerdədir, amma onun liderliyinə kölgə salan səbəblər kifayət qədər çoxdur".

"Fətullah Gülənin qalası fəth edilə bilmədi"

"Ərzurum Fətullah Gülənin qalasıdır. AKP və Ərdoğan yeganə Ərzurumda mitinq keçirə bilməmişdilər. Amma indi göstərirlər ki, guya Ərzurumda qələb qazanıblar. Ona görə də növbəti günlərdə biz müxalifət partiyalarının ciddi etirazlarını müşahidə edəcəyik".

"İliklərinə qədər mübarizə aparacayıq"

Q.Hüseynli Ərdoğanın "Gülən hərəkatı"nı yox etmək üçün fəaliyyətə başlayacağını qeyd edib:

"Seçkilərin nəticələri tam müəyyənləşməmiş Ərdoğan "Balkon çıxışı" etdi. Bu çıxışda Baş nazir onlara "iliklərinə qədər mübarizə aparacayıq" deyə mesaj verdi. Paralel dövlət - uydurma anlayışdır. Vaxtı ilə Gülənin hesabına qələbə qazanmış adam indi ona qarşı mübarizə aparır. Bu mübarizə prosesində o bütün müxalifəti sıradan çıxardıb, proseslər dikatatura rejimi qurmağa qədər gətirə bilər".

"Ərdoğan Azərbaycanın daxili işlərinə qarışa bilməz"

Politoloq Q.Hüseynli Türkiyədə keçirələcək əməliyyatların Azərbaycana sıçramayacağını və bu seçkidən sonra ölkəmizdə də nurçulara qarşı mübarizənin sərtləşməyəcəyini proqnozlaşdırıb:

"Ərdoğan Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməz. O, sadəcə, bununla bağlı xahiş edə bilər. Azərbaycanda isə nurçuların dayaqları elə də güclü deyil".

Qeyd edək ki, dünən Türkiyədə bələdiyyə seçkisi keçirilib. Seçkinin ilkin nəticələrinə görə, Ərdoğanın partiyası qələbə qazanıb.

Tarix
2014.03.31 / 11:29
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla