Yuxarı

Türkiyədə qanlı seçki: 8 ölü, 36 yaralı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı ölkənin müxtəlif yerlərində baş vermiş qarşıdurmalar nəticəsində 8 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

"Sabah" qəzeti məlumat verir ki, Hatay vilayətinin Kırıkhan rayonunda namizədlər arasında yaranan qarşıdurma iki nəfərin ölümü ilə nəticələnib. Hadisə zamanı biri ağır olmaqla 9 nəfər yaralanıb.

Yozqat vilayətinin Türkmənsarılar kəndində iki qrup arasında dava düşüb, 3 nəfər daş və dəyənək zərbələrindən xəsarət alıb.

Ərzurumun Əziziyyə rayonunda iki muxtarlığa namizədin yaxınlarının davasında isə 6 nəfər yaralanıb.

Rize vilayətinin Küçükçayır kəndində iki nəfər arasında yaranan mübahisə böyüyərək qarşıdurmaya səbəb olub. Bunu görən polis əməkdaşları tərəfləri ayırmağa çalışıb, insident zamanı bir polis serjantı ayağından güllə yarası alıb.

Qaziantep vilayətinin Nizip rayonunda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyini irəli sürmüş şəxs və 3 nəfər yaxını seçki məntəqəsindəki mübahisə zamanı yaralanıblar.

Türkiyənin Şanlıurfa vilayətində Karaköprü rayonunda muxtarlığa namizədlər arasında dava düşüb. Məktəbin qarşısında gözləyərək seçicilərdən səs istəyən iki muxtarlığa namizəd bir-birinə bıçaqla hücum ediblər. Qohum olduqları bildirilən namizədlərdən biri ürək, digəri isə qarın nahiyəsindən yaralanıb. Davanın qarşısını almaq istəyən polis əməkdaşı da bıçaq yarası alıb. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

Hadisədən sonra məktəbə gələn polislər seçki məntəqəsinə daxil olan bütün seçiciləri yoxlayıblar.

Şanlıurfa vilayətinin Birecik rayonunda isə iki ailə arasında silahlı və dəyənəkli qarşıdurma zamanı 6 nəfər yaralanıb. Hadisə səhər saatlarında rayonun Çiftlik kəndində baş verib. Muxtarlığa namizəd iki nəfər mübahisə ediblər. Namizədlərin ailə üzvləri mübahisəyə qoşulan vaxt tapançadan açılan atəşdən 4 nəfər yaralanıb. İki nəfər isə dəyənək zərbələrindən xəsarət alıb.

Şanlıurfada baş verən qarşıdurmalar zamanı ümumilikdə 6 nəfərin həlak olduğu bildirilir.

Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılacaq. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edir.

Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.

Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir ("Trend").

Tarix
2014.03.30 / 19:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla