Yuxarı

Dünya qaranlığa qərq oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tokio, Seul, Sidney kimi şəhərlərin ardınca dünya saatı adlı aksiya çərçivəsində Asiya və Avropanın digər şəhərlərində də bir saat müddətinə qaranlıq çöküb. Dünya əhalisinin ekoloji maarifləndirilməsi məqsədilə keçirilən genişmiqyaslı aksiyaya Karaçi şəhəri də qoşulub.

Dünya saatı adlı aksiya Pakistanın Karaçi şəhərində davam edib. Sind Asambleyası binası önünə toplaşan rəsmilər və "yaşıllar" mərkəzdəki əsas binaların işıqları söndürüldükən sonra şamlar yandırıb, havaya uçan fənərlər buraxıb.

Dünən zülmətə qərq olan 7 min könüllü şəhər arasında Honq Konqda yer alıb. Şəhərin əsas göydələnində işıqların keçməsi maraqlı görüntü yaradıb. Ekoloji tədbirə dəstək olaraq Honqonqda bu hərəkata 3900-ə yaxın şirkət, məktəb və dövlət idarələri qoşulub.

İqlim dəyişikliyinin ən çox qabardığı şəhərlərdən olan Tehran beynəlxalq tədbirə həmrəylik nümayiş etdirmək üçün Məşhur Azadi və Milad Qülləsinin işıqlarını keçirib. 435 metr hündürlükdə olan qüllə dünyanın altıncı ən hündür qülləsi sayılır.

Dünya saatı Avropaya yan aldığı bir vaxtda Afina işıqları söndürən ilk şəhərlərdən olub. Ölkənin qədim tarixi olan Akropolu 60 dəqiqəlik zülmətə qərq olub. Rusiyanın paytaxtı Moskvada Qırmızı Meydan və Müqəddəs Bazil kilsəsinin işıqları keçirilib.

Hər il keçirilən tədbirə Fransa və İtaliya da həmrəy olub. Parisdə əsas turist hədəfi olan Eyfel qülləsi gecənin qaranlığına qovuşub,Vatikan şəhəri isə qaranlıq düşdükdən sonra yalnız kağız fənərlərlə və Vəhşi Təbiət Fondunun simvolu olan panda oyuncaqlarla işıqlandırılıb.

Dünya saatı Ümumdünya Vəhşi Təbiət Fondu tərəfində hər il təşkil olunan beynəlxalq aksiyadır. Aksiya hər il mart ayının sonuncu şənbəsində keçirilir. Aksiyada iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün ölkələr ərazilərindəki binaların işıqlarını bir saatlıq keçirməyə çağrılır. İlk dəfə belə bir aksiya 2007-ci ildə təkcə Avstraliyanın Sidney şəhərində keçirilsə də, 2009-cu ildə artıq genişmiqyaslı bir tədbirə çevrilib (ANS).

Tarix
2014.03.30 / 19:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla