Yuxarı

Türkiyənin siyasi taleyini dəyişəcək seçki

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə səhər saat 8-dən bəri davam edən bələdiyyə seçkisində seçicilərin aktivlik göstərdiyi müşahidə olunur.

Artıq bir çox dövlət rəsmiləri, namizədlər, partiya təmsilçiləri seçki məntəqələrinə gediblər. Doğan Xəbər Agentliyi bildirir ki, məntəqələrdə seçki qutuları başında növbələr yaranıb. Yerli idarəetmə seçkisində bələdiyyə rəhbərliyi, bələdiyyə məclisi üzvləri, məclis üzvləri və muxtarlıqlar üçün səs verillməsi də səsvermə prosesini yavaşladır, buna görə də qarşıdakı saatlarda növbələrin daha da uzanacağı gözlənilir.

129 YAŞLI SEÇİCİ SƏS VERİB

Türkiyənin ən yaşlı vətəndaşı, 1885-ci il təvəllüdlü Mehmet Esen Eruh bölgəsində səsvermədə iştirak edib. Səsvermədən sonra 129 yaşlı Esen jurnalistlərin suallarını cavablayıb.

"Bu seçkinin türk və kürd coğrafiyasında yaşayan xalqlara sülh və qardaşlıq gətirməsini arzu edirəm. Dünyanın ən gözəl yeraltı və yerüstü zənginliyi bu torpaqlarda mövcudur. Bu seçki qardaş olan türklərə və kürdlərə hüzur, barış gətirsin", deyə vurğulayıb.

Seçki insidentsiz ötüşməyib. Hürriyyət qəzeti yazır ki, Şanlıurfada muxtarlıqla əlaqədar 2 dəfə qarşıdurma yaranıb. Bıçaq və silahların işə düşdüyü davada 9 nəfər xəsarət alıb.

Qarşıdurmalardan biri muxtar namizədləri Ersöz və Öztürk ailələri arasında mübahisə nəticəsində yaranıb. Muxtar namizədi Emin Öztürk və yaxınları tapançadan açılan atəşlə yaralanıb və xəstəxanaya aparılıb. Silahı kimin açdığı, hələ ki, məlum deyil.

SOSİAL MEDİADA

Türkiyə seçicilərinin səsvermə ilə yanaşı, sosial mediada da fəallığı gözə dəyir. Seçkini müşahidə edən qeyri-hökumət təşkilatları, könüllü müşahidəçilər, sıravi seçicilər rastlaşdıqları pozuntu halları ilə bağlı facebook və twitter üzərindən məlumat paylaşılır. Tvitterdə #sandıktayım haştaqı artıq dünya trendinə çıxıb. Müşahidəçilərin paylaşdıqları bilgilərə görə, iqtidarda olan partiya AKP-nin xeyrinə möhürlənmiş hazır bülletenlər aşkarlanıb, səsvermə haqqı olmayan Suriya vətəndaşları seçkiyə gətirilib. Pozuntularla bağlı protokollar hazırlanıb.

Seçki əhval-ruhiyyəsinə hava şəraiti də təsir edib. İstanbuldakı günəşli hava Şərqi Anadolu bölgəsində müşahidə olunmur, əksinə burda yağan qar sayəsində yollar bağlanıb, güclü qar bəzi bölgələrdə günün ilk saatlarında seçki qutularını boş qoyub.

Şərqi Aralıq dənizi bölgəsində yaranmış fırtına isə elektrik xətlərini sıradan çıxarıb və burada da bəzi səsvermə məntəqələrində işıqlar sönüb.

26 PARTİYADAN 2-İ ƏSAS RƏQİBDİR

Türkiyə 5 il boyunca yerli idarəetməni həyata keçirəcək şəxsləri seçmək üçün seçki qutusu başındadır. Martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilir.

Ölkədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 milyondan artıqdır. Onlardan 26 milyondan çoxu qadın, 26 milyona yaxını kişidir. Seçkidə ümumilikdə 26 partiya yarışacaq. Ancaq əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.

Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.

Bugünkü bələdiyyə seçkisindən etibarən Türkiyənin gələcək idarəetməsini müəyyənləşdirən 15 aylıq seçki mərhələsi başlanır. Yayda prezident seçkisi, gələn il isə parlament seçkisi keçiriləcək.

40%-DƏN AZ OLSA...

Bundan əvvəl 2009-cu ildəki bələdiyyə seçkisində hakim AKP 39% səslə birincilik qazanmışdı, onun ardınca CHP səslərin 23%-ni əldə edə bilmişdi. 2004-cü illə müqayisədə AKP səslərinin 2 faizini itirmiş sayılır, o zaman seçicilərin 41 faizi hakim partiyanı dəstəkləmişdi, analitiklər hesab edirlər ki, bu il AKP 40 faizdən az səs qazansa, bu, baş nazir R.T.Ərdoğan üçün zərbə olacaq.

CHP ilə yanaşı, Millətçi Hərəkat Partiyası (MHP) və Sülh və Demokratiya Partiyası (BDP) da hakim AK partiyanı hakimiyyətdən uzaqlaşdıracağına ümid edir.

Bələdiyyə seçkisində önəmli məqam böyük şəhərlərdə, xüsusilə İstanbul və paytaxt Ankarada seçkini kimin qazanmasıdır. Bu, baş nazir Erdoğanın iqtidarda qalıb-qalmayacağına işarə edən bir sınaq olacaq. Erdoğan 20 il öncə iqtidara 15 milyon əhalisi olan İstanbulun bələdiyyə başqanlığı ilə gəlmişdi. Türk atalar sözündə deyildiyi kimi, "İstanbulu alan, Türkiyəni alır".

MUSTAFA SARIGÜL VS. KADİR TOPBAŞ

CHP-nin İstanbul namizədi 57 yaşlı Mustafa Sarıgül bu seçkidə bələdiyyə rəhbərliyini AKP-nin təmsilçisi olan Kadir Topbaşın əlindən alacağına ümid edir.

Bu, ötən yayda 11 nəfərin ölümü və 8 minə yaxınının isə xəsarətinə səbəb olan anti-hökumət Gəzi etirazlarından sonra ilk seçkidir.

Son aylarda Türkiyənin gündəminə gələn korrupsiya əməliyyatları, gizli səs yazılarının ardınca, seçkidən bir neçə gün əvvəl Türkiyədə tvitter və yutub sosial şəbəkəsinə girişə qadağa qoyulub ("Azadliq.org").

Tarix
2014.03.30 / 18:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla