Yuxarı

Nurçuların Azərbaycanda imamı olduğu təsdiqləndi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyədə Fətullah Gülən hərəkatının təşkilatlanmadığı tək yer Milli Kəşfiyyat İdarəsidir (MİT)".

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə Fətullah Gülənin ən yaxın adamlarından biri olan Tuncay Güney çıxış edib.

O, "camaat"ın ən çox polisdə təşkilatlandığını bildirib: "Bizim polis və digər yerlərdə təşkilatlanmağımızda ən çox millətçilərin rolu böyük olub. Təxminən 1984-1986-cı illər arasında. İndi bəziləri çıxıb deyir ki, "camaat" pulları necə hərəkət edir. Bu pullar yəhudilərin sərmayə etdiyi banklar tərəfindən dəyərləndirilir. Son 15 ildə pullar Dubay üzərindən göndərilir. 28 fevrala nəzər yetirsəniz? tək zərər görməyən bankın "Asya Finans" olduğunu müşahidə edə bilərsiniz".

T.Güney "camaat"la PKK arasında əlaqələri də etiraf edib: "O zaman "camaat"ın bölgədə hərəkətinə PKK maneə törədirdi. PKK ilə görüşüb "Zaman" qəzetinin paylanmasına və rahat satılmasına icazə aldıq. Lakin sonradan burada problem çıxdı. Həmin an PKK ilə əlaqə yaradıb, "Avropa və Amerikadan gələn bütün pullarınıza əl qoyacağıq", - dedik. Həmin dəqiqə hər şey düzəldi".

O, "Gülən hərəkatı"nın "hər ölkə üçün bir imam cavabdehdir" fikrini də təsdiqləyib: "Bəli, hər ölkə üçün bir imam cavabdehdir. ABŞ-dan Çinə qədər hər ölkənin imamı var. Fətullah Gülən Kanadaya yerləşmək üçün izn istəsə də, rəsmi Ottava onu Kanadaya buraxmayıb".

Fətullah Gülənin ən yaxın adamının etirafının bir hissəsini özündə əks etdirən videonu təqdim edirik.

Tarix
2014.03.30 / 17:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla