Yuxarı

Bu günün hava proqnozu: Bakıya da qar yağır - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:05

Gəncə şəhərində qar yağır.

Gecə saatlarından Gəncəyə yağan qar artıq yerdə oturmağa başlayıb və yağmaqda davam edir.
Şəhərə elektrik enerjisi və təbii qazın verilişində heç bir fasilə qeydə alınmayıb.

Qeyd edək ki, gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib. Martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin səngiyəcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq.
Martın 30-da Azərbaycanın bölgələrində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanda qısa müddət davam edəcək anomal soyuq hava şəraitindən sonra martın 31-dən yenidən temperatur tədricən yüksəlməyə və iqlim normasına yaxınlaşmağa başlayacaq (Trend).

12:20

Hazırda Abşeron yarımadasının bəzi yerlərində sulu qar yağır. Bakıda güclü şimal-qərb küləyi əsir.
Şəkidə də hava şəraiti kəskin dəyişib. Axşam saatlarında güclü küləklə müşahidə olunan yağış yağmağa başlayıb. Səhər saatlarından isə yağış tədricən sulu qar və qara çevrilib. Yağan qarın qalınlığı 2-3 sm-dir, dağlıq ərazilərdə isə 6-7 sm-ə çatıb. Bölgədə havanın hərarəti 11 dərəcə aşağı düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun Şəki filialından verilən məlumata əsasən, havanın temperaturu Şəkidə hazırda mənfi 2 dərəcə təşkil edir. Havanın kəskin dəyişməsi ilə əlaqədar olaraq şəhərdə və bəzi kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb, aparılan təmir işlərindən sonra bəzi ərazilərə elektrik enerjisinin verilişi bərpa olunub, digər ərazilərə isə enerjinin verilməsi üçün işlər davam etdirilir.

Qax rayonunda da qeyri sabit, qarlı hava müşahidə olunur. Şəhər ərazisində qarın qalınlığı 2-3 sm, ucqar yaşayış məntəqələrindən olan İlisu, Qaşqaçay və Sarıbaş kəndlərində 7-8 sm-ə çatıb.

Səhər saatlarından başlayaraq Zaqatala və Balakəndə də küləklə müşayiət olunan qar yağır. Zaqatala ərazisində qarın qalınlığı 5-6 sm, ucqar kəndlərdə isə 7-8 sm-ə çatıb. Qax və Zaqatalada da havanın kəskin dəyişməsi ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr yaranıb, hazırda adıçəkilən şəhərlərin müəyyən hissələrində və bəzi kəndlərdə elektrik enerjisi yoxdur. (Kanal S)

Tarix
2014.03.30 / 12:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla