Yuxarı

Azərbaycanda maqnit qasırğası olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 29-31-də geomaqnit vəziyyətin orta gərginlikdə olacağı proqnozlaşdırılır.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaxın 3 gün ərzində (29,30,31 mart tarixlərində) müşahidə olunacaq kosmik hava proqnozunu (Günəş aktivliyi və geomaqnit qasırğa) açıqlayıb.

APA-nın AMEA Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən verdiyi xəbərə görə, rəsədxananın direktor müavini Elçin Babayev bildirib ki, proqnozlaşdırılan günlərdə kosmik hava stabil vəziyyətdə olacaq.

Onun sözlərinə görə, hazırda günəşin diskinin 9 regionunda 125 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur. Bu ayın son gülərində əvvəlki günlərdə olduğu kimi Günəşin alovlanma aktivliyinin orta səviyyədə qalacağı, onun yayılmasının orta enerjidə-M klass və zəif həddə ola biləcəyi proqnozlaşdırılır.

Kosmik havanın öyrənilməsi istiqamətində aparılan analizlərin nəticəsi göstərir ki, proqnozlaşdırılan günlərdə ümumi (planetar) geomaqnit vəziyyət orta gərginlikdə olacaq.

Bu günlərdə meteoroloji şəraitin tez-tez və kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yarada bilər. Meteohəssas insanlara həkimlərin məsləhəti ilə profilaktik tədbirlərin görülməsi tövsiyə olunur.

Tarix
2014.03.29 / 19:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla