Yuxarı

Jurnalistlər spikerə deputatlardan şikayət etdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüsanda yayımlanan "Reaksiya" tok–şousunun aparıcısı İnqa Qriqoliya verilişinə təşrif buyurmuş ölkə parlamentinin spikeri David Usupaşviliyə deputatların mediaya qapalı olmasından gileylənib.

"Axar.az" Gürcüstan mediasına istinadən xəbər verir ki, İnqa Qriqoliya Saakaşvilinin prezidentliyi dövründə vəziyyətin başqa cür olduğunu, parlament üzvlərinin mətbuata açılama verməyə həvəslə yanaşdıqlarını deyib:

"Cənab spiker, əlimə fürsət düşüb, sizə çoxdan bildirmək istəyirdim ki, hazırda deputat korpusu ilə media əlaqələri olduqca çətin dövrlərini yaşayır. Xatırlayıram, bir qədər öncə yalnız 4-5 konkret deputata media ilə ünsiyyətə icazə verilmişdi. Onların da adlarını demək istəməzdim. Lakin xalq tərəfindən seçilənlər indi açıqlama verməkdən ümumiyyətlə imtina edirlər. Nədir bunun kökündə duran səbəb?"

Qeyd edək ki, sualı cavablandıran Usupaşvili onda belə məlumatların olmadığını və canlı efir vasitəsilə ölkədə baş verənləri şərh etməkdən imtina edən şəxslərin adlarının açıqlanmasını istəyib.

Tarix
2014.03.29 / 17:03
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla