Yuxarı

Sələmçinin qatili sayılan şəxs polisə təslim oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mart ayının 21-i Lənkəranda qətlə yetirilən sələmçi Sürəyya Tağı qızı Tağıyevanın qətli ilə bağlı yeni xəbər var.

Lənkərandakı mənbədən "Axar.az"a verilən məlumata görə, sələmçi qadının qətlində şübhəli bilinən Samid Hüseynov Rusiyadan Lənkərana qayıdıb və könüllü olaraq polisə gedib.

Onun polisə təslim olması üçün saxlanılan qardaşı Amid Hüseynov sərbəst buraxılıb. Qətldə şübhəli bilinən və polisə gedən Samid özünü günahkar bilmir və qətldə əlinin olmasını inkar edir.

Mənbə deyir ki, hadisədən sonra sözügedən məhəllədə yaşayan digər sakinlər polisə çağırılır, dindirilir. Hadisə ilə əlaqədar bir neçə nəfərin saxlandığı da bildirilir.

Hadisə və ümumiyyətlə, bir ay ərzində Lənkəranda ayrı-ayrı sələmçi qadına qarşı törədilən qətl və qarətlərin mütəşəkkil dəstə tərəfindən həyata keçirildiyi haqda deyilənlərə DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov aydınlıq gətirdi. E.Zahidov bildirdi ki, hadisəni mütəşəkkil dəstənin həyata keçirdiyini yalnız araşdırmalardan sonra demək mümkündür: "Nazirlik respublika üzrə baş verən bütün belə hallara qarşı tədbirlər görür, nəzarətdə saxlayır. Lənkəranda baş verən hadisələrlə isə Lənkəran polisi özü məşğul olur. Polis şikayətlər əsasında vətəndaşların işinə baxır".

Qeyd edək ki, martın 21-i gecə Lənkəranın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilə basqın olub və hadisə zamanı 1954-cü il təvəllüdlü Sürəyya Tağı qızı Tağıyeva qətlə yetirilib. Qadın uzun illər sələmçiliklə məşğul olub.

Tarix
2014.03.29 / 14:02
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla