Yuxarı

Müğənni Aslan döyülməsindən danışdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Onlar qaçqınlıq statusundan istifadə edirlər".

Bu sözləri döyülməsi ilə bağlı mediada yayılan xəbərə aydınlıq gətirərkən müğənni Aslan "Axar.az"a bildirdi.

Müğənni qeyd etdi ki, xəbəri tam yanlış veriblər. Həmin saytı məhkəməyə verəcək:

"Hadisə əslində belə olub. Mən müğənni Roza Rəhimli ilə ailəvi dostam. Həmin gün Lənkərandan dövlət tədbirindən qayıdırdım, Bayılda isə toyda olmalıydım. Yollar tıxac olduğu üçün Roza xanımgilə döndüm ki, paltarımı dəyişib toya gedim. Onun qonşusu qapını döyüb Rozadan maşını kənara çəkməyimi istədi. Mənsə çıxıb maşını çəkmək istədikdə o, qadına yaraşmayan əxlaqsız sözlərlə məni təhqir etdi, hələ bu azmış kimi, mənə əl qaldırmaq istəyirdi. Ərini də arxasında gizlədib deyirdi ki, sənin işin yoxdur, mən bilirəm bunlara nə edəcəyəm. Mən də DİN-nin qaynar xətti 102-yə zəng vurub hadisəni danışdım. Onlar hadisə yerinə gəldi, qadın yenə ürəyi soyumadan polislərin yanında da məni təhqir etməyə başladı. Hətta polislər təəccüblə qadına baxdı və bölməyə apardılar. Bölmədə isə qadın deyir ki, mən qaçqınam, heç kəs mənə heç nə edə bilməz".

Biz artıq bu sözdən boğaza yığılmışıq. Demək, bunun deməyindən belə çıxır ki, qaçqındırsa, qaçqınlıq statusu varsa, gəlib bizi təhqir etməlidir. Onlar qaçqınlıq statusundan istifadə edirlər. Elə bil, mən Qaçqınlar Komitəsiyəm. İş hazırda Səbayel rayon 8-ci polis bölməsindədir. Artıq məhkəmə ilə də əlaqə saxlamışam, həmin saytı da məhkəməyə verəcəyəm, yanlış məlumat verdiyinə görə".

Tarix
2014.03.29 / 13:08
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla