Yuxarı

“Ukrayna ilə bağlı qətnamə dünyanı iki yerə böləcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynanın bütövlüyü ilə əlaqədar qəbul olunmuş qətnamə gələcəkdə Vaşinqtonun hücumlarının əsas bazasını təşkil edəcək və bunun üçün hüquqi baza yaradacaq".

Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

O, Azərbaycanın Rusiya əleyhinə səs verməsinin iki ölkə arasında münasibətlərin pozulmasına səbəb olmayacağını bildirib: "Ukrayna ilə bağlı öz mövqeyi olan ölkələrdən biri də Azərbaycan idi. Bizim müşahidə etdiyimiz kimi, Qazaxıstanda da bu mövqe var idi, amma özünü ondan bir az daha yumşaq büruzə verirdi. Qırğızıstan, Tacikistan, Türkmənistan isə ümumiyyətlə səs verməyənlər sırasında yer aldılar. Əgər Rusiya bu çoxvektorlu mövqelərə qarşı reaksiya versəydi, o çaş qalardı. Azərbaycana Rusiya tərəfindən heç bir reaksiya olmayacaq. Biz hamımız yaxşı bilirik ki, BMT Baş Assambleyasının verdiyi qərarlar heç bir şeyi həll etmir. Amma Ukraynanın bütövlüyü ilə əlaqədar qəbul olunmuş qətnamə gələcəkdə Vaşinqtonun hücumlarının əsas bazasını təşkil edəcək və bunun üçün hüquqi baza yaradacaq".

Politoloq Ukrayna ilə bağlı olan qətnamənin dünyanı artıq iki yerə böldüyünü göstərdiyini bildirib: "Bununla da ölkələr sadəcə Krım problemi ilə bağlı səs vermədilər. Bu, ölkələrin yumşaq formada ilk dəfə müttəfiqlər və Rusiya əleyhdarlarına bölünməsi idi. Bu məqamda cavab yalnız "hə" və "yox"dan ibarət olacaq. Başqa cavab qəbul olunmayacaq. İndiki zamanda əleyhinə səsi belə hər kəs tərəfindən başa düşüləcək və vicdanlı olacaq".

Qeyd edək ki, martın 27-də Ukraynanın ərazi bütövlüyü ilə bağlı BMT-də qətnamə qəbul olunub. Qətnamədə Rusiyanın Krımı işğal etməsi pislənilib. Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyü üçün səs verib.

Tarix
2014.03.29 / 10:01
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla