Yuxarı

Ölkədəki məktəblər təmir olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən paytaxtın Qaradağ rayonunda bir sıra təhsil müəssisələrinin inşası və əsaslı təmiri işləri aparılacaq.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, bu illər ərzində Lökbatan qəsəbəsindəki 960 şagird yerlik yeni məktəb binasının və Qızıldaş qəsəbəsinin Şonqar yaşayış massivində 196 yerlik ümumi orta məktəb binasının tikintisi planlaşdırılıb.

Dövlət Proqramında məktəbəqədər tədris müəssisələrinin təmiri də öz əksini tapıb. Belə ki, Müşfiqabad qəsəbəsindəki 286 nömrəli körpələr evi-uşaq bağçası, Lökbatan qəsəbəsində "Çiçək" körpələr evi-uşaq bağçası, eləcə də, Sahil qəsəbəsində yerləşən "Qaranquş" körpələr evi-uşaq bağçası əsaslı təmir olunacaq.

Bundan əlavə, rayonun Qobustan qəsəbəsindəki "Gəlincik" körpələr evi-uşaq bağçasının yerində 80 yerlik yeni binanın tikintisi və "Şəngülüm" körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub (ANS).

Tarix
2014.03.29 / 09:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla