Yuxarı

“Ədəbiyyat qəzeti” ədəbiyyat qəzeti deyildi - Münasibət

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ədəbiyyat qəzeti" və "Ulduz" jurnalının baş redaktorları dəyişdi. Şair Qulu Ağsəs "Ulduz" jurnalına, Elçin Hüseynbəyli isə "Ədəbiyyat qəzeti"nə baş redaktor təyin olundu.

Maraqlıdır, yazarlar və tənqidçilərin bu kadr dəyişikliyindən gözləntiləri nədir?

"Axar.az" bir necə yazar və tənqidçiyə bu sualla müraciət etdi.

Ayaz Vəfalının getməsi məsləhət idi

"Ədəbiyyat qəzeti"nin katibi Atababa İsmayıloğlu uzun illər bu qəzetə rəhbərlik etmiş Ayaz Vəfalının baş redaktor vəzifəsindən getməsinin məsləhət olduğunu bildirdi. "Elçin Hüseynbəyli "Ulduz" jurnalında təcrübə toplayıb və operativ biridir. İnanıram ki, "Ədəbiyyat qəzeti"nin keyfiyyətini dəyişəcək. Operativ xəbərlər gözləyirik. Mən ümid edirəm o, çox dəyişiklik edəcək. Ayaz Vəfalının getməsi məsləhət idi. Çünki qəzetdə yazılar kiçik ölçüdə verilməlidir, ancaq Ayaz bəy yazıları ədəbi əsərlərə oxşadıb çapa verirdi".

Mən heç bir dəyişiklik gözləmirəm

Şair Musa Yaqub bu dəyişiklikdən heç nə gözləmir: "Kadr dəyişikliyindən ədəbiyyata heç nə olmaz. Əgər belə məsləhətdirsə, olsun. Amma mən heç bir dəyişiklik gözləmirəm. Özlərinin müəyyən ideyaları varsa, onları yerinə yetirmək dəyişiklik etmək deyil, onlar bir vasitədir. O qədər kadr dəyişiklikləri olub ki... Hansı nə edib?"

"Ədəbiyyat qəzeti" 15 ildir ki...

Tənqidçi Əsəd Cahangir "Ədəbiyyat qəzeti"nin on beş ildir ki, kənarda qaldığını dedi: "İnanıram ki, Elçin Hüseynbəyli gəlişi ilə "Ədəbiyyat qəzeti"nin formatından tutmuş məzmun dəyişikliyinə qədər islahatlar edəcək. Təxminən on beş ilə yaxın o qəzet kənarda qalıb. Ayaz Vəfalı on səkkiz il "Ədəbiyyat qəzeti"ndə baş redaktor işlədi. Ədəbi proseslərə müdaxiləsi çox zəifləmişdi, heç bir dəyişiklik etmirdi. Yəqin ki, Elçin Hüseynbəyli də bunlardan nəticə çıxaracaq, öz potensialını əsirgəməyəcək. Ümid edirəm ki, bundan sonra o, daha fəal müdaxilə edəcək. O ki qaldı Qulu Ağsəsə, o da fəal işləyəcək, həm də təcrübəsi var. Həmçinin "Ulduz" jurnalında dəyişikliklər baş verəcək. Ümumiyyətlə, gənclərin rəhbər işlərə təyin olunmasını müsbət hal kimi qiymətləndirirəm".

Onlar vəzifələrini layiqincə yerinə yetirəcək

"Ulduz" jurnalının poeziya şöbəsinin müdiri Fərqanə Mehdiyevanın sözlərinə görə, onların ikisi də vəzifələrini layiqli şəkildə yerinə yetirəcək:

"Mən illərdir Elçin Hüseynbəyli və Qulu Ağsəslə işləyirəm. Mənə elə gəlir ki, onlar ikisi də öz vəzifələrini layiqli şəkildə yerinə yetirəcək. İkisi də çox istedadlı insandır, həm yazar, həm də insan kimi... İnanıram ki, "Ədəbiyyat qəzeti" çox rəngarəng, gözəl və maraqlı çap olunacaq. Biz onu çox səbirsizliklə gözləyirik. Elçin müəllim qəzeti özünəməxsus şəkildə oxucuların ixtiyarına verəcək. Qulu Ağsəs də həmçinin gənclərlə bağlı çox maraqlı işlər görəcək".

"Ədəbiyyat qəzeti" ədəbiyyat qəzeti deyildi

Şair Qəşəm Nəcəfzadə də bildirdi ki, "Ədəbiyyat qəzeti" demək olar ki, ədəbiyyat qəzeti deyildi: "Əgər Anar müəllim məsləhət bilibsə, çox düzgün seçim edib, mən də çox razıyam. Elçin bizim istedadlı və tanınmış yazarımızdır. "Ədəbiyyat qəzeti" demək olar ki, ədəbiyyat qəzeti deyildi. Ayaz Vəfalıdan narazı deyiləm, amma onun çap etdiyi qəzetdən çox narazı idim. Həqiqi ədəbiyyat çap etmirdi. Mən inanıram ki, Elçin Hüseynbəyli qəzetin həm formasını, həm də məzmununu tamamilə yeniləyəcək. Gənclərə xüsusilə yer ayıracaq. Elə Qulu Ağsəs də cavan və istedadlı şairdir. Həmçinin də ondan dəyişiklik gözləyirəm".

Ayaz Vəfalının dövrü

Azər Turanın fikrincə də "Ədəbiyyat qəzeti"ndə ədəbiyyat dövri deyildi:

"Hər redaktorun öz zövqü olur. İkisi də istedadlı insanlardır. Hələ indidən heç nə deyə bilmərəm. Çünki gördükləri iş və dəyişiklikləri görmək lazımdır. Hər redaktor öz dövrü ilə yadda qalan olur. Bu dövr də Ayaz Vəfalının dövrü kimi yadda qaldı. Düzünü desəm, mən şəxsən Ayaz bəyin dövrünü qəbul edə bilmirdim, çünki "Ədəbiyyat qəzeti"ndə ədəbiyyat dövrü deyildi. Ayaz bəyin etmədiklərini Elçin bəyin etməsini gözləyirəm. Çünki o, yetərincə ədəbiyyatda öz dəsti-xətti və potensialı olan bir yazıçıdır".

Tarix
2014.03.29 / 00:58
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla