Yuxarı

Dondurmaya qurban gedən ABŞ prezidenti - Təsadüflər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təsadüfən həyatını itirənlər…

Bir toyuğa qurban gedən 6 nəfərlik ailə, diş çöpü udan alim, dilini dişləyən dedektiv yazar…

Hər kəs həyatı ilə müxtəlif formada vidalaşır. Kiminin əcəli gəlir, kimi həyatına intihar vasitəsilə son qoyur, bəxti gətirməyənlər isə təsadüfün qurbanı olur.

"Axar.az" təsadüf nəticəsində o dünyalıq olanlar haqqındakı yazını təqdim edir.

Dondurma qurbanı prezident

Amerika Birləşmiş Ştatlarının 12-ci prezidenti Zakari Teylor öz nəfsinin qurbanı olub. Prezident 1850-ci il iyulun 4-də havanın çox isti olması səbəbilə həddən artıq çox dondurma yediyi üçün dünyasını dəyişib.

Dilini dişlədi

Dedektiv yazar Allan Pinkerton isə elə romanlarında təsvir etdiyi kimi qəribə ölümə qurban gedib. Yazar 1884-cü ildə ayağı ilişərək yıxılır və bu zaman o dilini dişləyir. Nəticədə dilində qanqrena yaranır və bunun nəticəsində də dünyadan köçür.

Diş çöpü

İngilis yazıçısı Şervud Anderson da həyat ilə hər kəsdən fərqli şəkildə vidalaşıb. O, 1941-ci ildə rəsmi qonaqlıq zamanı bilmədən diş çöpü udub və elə oradaca dünyasını dəyişib.

Hitlerdən danışmaq

Aleksandr Uollkottun ölümünə səbəb isə Hitler olub. Yox, onu heç kəs öldürməyib. O özü 1943-cü ildə çıxışı zamanı Hitler haqqında danışarkən infakt keçirir. Və elə bu infakt da onun sonu olur.

Boş tapança

1993-cü ildə məşhur aktyor Brüs Linin oğlu Brandon Li də atası kimi kino çəkilişi zamanı vəfat edir. Filmdə döyüş səhnəsi çəkilərkən tapançadakı boş patronların arasına düşmüş dolusu onun ölümünə səbəb olub. Atası kimi oda qeyri-adi şəraitdə dünyasını dəyişib.

Sevimli ayı

Zooloq Timati Tredveli 2003-cü ildə çox sevdiyi və 30-il ərzində əhilləşdirdiyi sevimli ayısı parçalayaraq öldürüb.

Qatil Koka-kola

1995-ci ildə amerikalı bir vətəndaş Koka-kola maşınından içki almağa çalışarkən ölüb. Belə ki, pulunu ödədiyi kolanı satıcı uzaqdan ona doğru atır. O, kola qabının sərt şəkildə başına dəyməsi nəticəsində həyatını itirir.

Tualet…

Astronomiya elmində mühüm xidmətləri olan Tuço Brax adlı danimarkalı elm adamı tualetə gedə bilmədiyi üçün ölür. O dövr üçün yemək bitmədən süfrədən qalxmaq xoş qarşılanmırdı. Tuço Brax qonaq olduğu bir mərasimə getmədən əvvəl tualetə getməyi unudur. Mərasimdə çox içən elm adamı tualetə getmək üçün icazə istəyə bilməyəcək qədər nəzakətli olduğundan sidik kisəsi partlayır və 11 gün əzab çəkdikdən sonra ölür.

Yoxlama

Argentinanın paytaxtı Buenos-Ayresdə reallaşan ölüm hadisəsində arvadını öldürməyə çalışan adam həyat yoldaşını qaldıqları otelin 23-cü mərtəbəsindən aşağı atır. Qadın aşağı düşərkən elektrik tellərinə ilişir. Arvadının ölüb-ölmədiyindən əmin olmaq istəyən adam özünü də aşağı atır, məftillərədən yapışa bilmədiyi üçün yerə çırpılaraq dünyasını dəyişir.

Etiraz

1983-ci ildə Amerikanın San Diego əyalətində polislər tərəfindən oğurluq edərkən tutulan bir qadın "əgər məni buraxmasanız, ölənə qədər nəfəsimi tutcağam" deyir. Polislər qadının dediklərini gülüşlə qarşılayıb onun istəyini reallaşdırmırlar. Nəticədə qadın öz nəfəsini saxlayır və göyərərək ölür.

İntihardan qaçan

İtaliyada reallaşan bir ölüm hadisəsində Pisa şəhərində yaşayan Romollo Ribaldo adlı adam işsiz olduğu üçün intihar etməyə qərar verir. Həyat yoldaşı 42 yaşındakı Romollo Ribaldoya intihar etməməsi üçün yalvarır. Razı olan Romollo ağlamağa başlayır və əlindəki silahı yerə atır. Yerə düşən silahdan atəş açılır, silahdan çıxan güllə Romollonun həyat yoldaşına dəyir və qadın ölür.

Özgəsinə quyu qazan

Xay Rahnajet adlı iraqlı bir terrorist içində bomba qurğusu olan paketi poçt ilə sui-qəsd ünvanına göndərir. Paketin üzərində kifayət qədər pul olmadığı üçün poçt xidməti paketi geri qaytarır.

Paketi görən naşı terrorist paketdə bomba qurğusu qurduğunu unudaraq paketi açır, bombanın partlaması nəticəsində elə özü parçalanaraq ölür.

Sığorta eşqi

Nyu Yorkun işlək prospektlərinin birində bir avtomobil yol ilə gedən yaşlı qadına yüngülcə dəyir. Piyada tam yerdən qalxan zaman yoldan keçən birisi qadına ayağa qalxmayacağı təqdirdə sığortadan külli miqdarda pul ala biləcəyini söyləyir. Yaşlı qadın da yıxıldığı yerə təkrar uzanır. Avtomobil sürücüsü isə piyadanın yerdən qalxdığını düşünərək qaza basır və piyada avtomobilin altında əzilərək can verir.

Toyuq xilaskarları

Misirdə əkinçilik edən bir adam toyuqlarından birinin Nil çayına düşdüyünü görür və toyuğunu xilas etmək üçün çaya tullanır. Lakin çayda boğulduğunu görüncə ətfdakılardan kömək istəyir. Adamın köməyinə çatan oğlu atasına kömək etməyə çalışarkən o da boğulmağa başlayır. Ata oğul xilas üçün kömək istəməyə başlayırlar. Adamın arvadı qızları və digər oğlu kömək etməyə gəlir, lakin onlar da müvəffəqiyyətli ola bilmirlər. 6 nəfərlik bir ailə boğularaq can verir. Toyuq isə xilas olur.

Xilasedici

1985-ci ildə Nyu Orleanlı xilasedicilər heç kimin dənizdə boğulmadığı bir mövsümü qeyd etmək üçün mərasim təşkil edirlər. Mərasim sona çatdıqdan sonra qonaqlardan 31 yaşındakı Jerom Mudi hovuzun dibində ölü tapılır. Mudinin boğulduğu partidə 4 xilasedici iş başında olur. Əylənənlər arasında isə 100-dən çox xilasedici var idi.

İlk robot qurbanı

Robert Vilyams bir robot tərəfindən öldürülən ilk insandır. Vilyams 25 yanvar 1979-cu ildə Ford fabrikində işləyərkən sxemi pozulan bir robotun qolunu təmir etməyə çalışarkən işləməyə başlayan robot qolunu başına vurduğu zərbə ilə həyatını itirir.

İkinci robot qurbanı

Robotlar tərəfindən öldürülən ikinci insan isə Kenji Urada adlı Yapon mühəndis idi. Kenji "Kavasaki" fabrikində təmir etməyə çalışdığı bir robotun mexaniki qolu tərəfindən üyütmə maşınına itələnilərək ölmüşdü.

İnək təzəyi

1991-ci ildə 57 yaşındakı Tayvanlı Yooket Paen həyətində gedərkən ayaq basdığı inək təzəyinin altında qalan elektrik kabelindən cərəyan vuraraq həyatını itirir. Bu faciəli hadisəni qonşulara göstərmək istəyən 52 yaşındakı qardaşı Yooket Pan da eyni şəkildə vəfat edir.

Tarix
2014.03.29 / 00:27
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla