Yuxarı

FHN müşavirə keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili" mövzusunda müşavirə keçirilib.

"Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, müşavirədə fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Fövqəladə Hallar Nazirliyinin müxtəlif qurumlarının və regional mərkəzlərinin məsul əməkdaşları, Bakı şəhər rayonlarının icra hakimiyyətlərinin fövqəladə hallar üzrə komissiyalarının sədrləri, enerji, qaz və su təchizatı üzrə Bakı şəhər xidmətlərinin rəisləri, Bakı Şəhər Baş Polis İdarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin nümayəndələri iştirak ediblər.

Müşavirənin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra hakimiyyətləri ilə FHN-in müvafiq strukturları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı F.Tağı-zadə tədbirin əhəmiyyətindən danışıb, bu cür müşavirələrin FHN və icra hakimiyyətləri arasında qarşılıqlı fəaliyyətin güclənməsinə xidmət etdiyini bildirib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərov isə çıxışında bu cür görüşlərin səmərəsindən və vacibliyindən bəhs edib.

Müşavirədə nazirliyin məsul əməkdaşları "FHN Bakı Regional Mərkəzinin İcra hakimiyyəti orqanları ilə iş təcrübəsi - problemlər, istifadə olunmamış imkanlar, perspektivlər", "Fövqəladə Hallar Nazirliyi regional mərkəzlərinin yerli icra orqanları ilə qarşılıqlı fəaliyyəti", "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsində qarşılıqlı fəaliyyətin təşkili" mövzularında çıxışlar ediblər.

Daha sonra Bakı şəhər rayonlarının icra hakimiyyətlərinin fövqəladə hallar üzrə komissiyalarının sədrləri, enerji, qaz və su təchizatı üzrə Bakı şəhər xidmətlərinin rəhbərləri 2013-cü ildə rayon ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması istiqamətində görülmüş işlər və qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti barədə məlumat veriblər.

Çıxışlardan sonra qeyd olunan məsələlər ətrafında interaktiv müzakirələr aparılıb.

Tarix
2014.03.28 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla