Yuxarı

Sosial şəbəkədə reklama görə vergi ödəniləcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu, dolayısı ilə onlara yerli qurumlarda reklam vermələri üçün təzyiq göstərmək deməkdir".

Bunu "Axar.az"ın sosial şəbəkələrdə yayımlanan reklamlara görə Türkiyədə vergi verilməsi ilə bağlı sualını cavablandıran media üzrə ekspert Ələsgər Məmmədli bildirdi:

"Əgər sosial şəbəkə Türkiyədə qeydiyyatdan keçməyibsə, maliyyə öhdəlikləri də olmur. Hesab edirəm ki, bu məsələdə Türkiyə yalnız yerli vergi ödəyici qurumlara hansısa göstərişlər verə bilər. Hansı ki, həmin qurumlar illik gəlirlərinin müəyyən bir hissəsini reklam xərclərinə yönəldirlər. İndiyə qədər şirkətlər reklama xərclədikləri pulları gəlir verigisindən çıxırdılar. Güman ki, bundan sonra həmin şirkətlər reklama xərclədikləri pulları da gəlir vergisi ödədikləri zaman hesablayacaqlar. Bu isə onların sosial şəbəkələrə reklam verməkdən imtina etməsinə şərait yaradacaq. Dolayısı ilə bu onlara yerli qurumlarda reklam vermələri üçün təzyiq göstərmək deməkdir. Yəni reklama gedən pulların xaricə axmasının qarşısı alınsın. Əgər sosial şəbəkə ".com.tr" domen adı ilə qeydiyyatda deyilsə, o zaman sosial şəbəkələrə təsir etmək mümkün deyil".

Ekspert Türkiyə təcrübəsində sınanılacaq bu tipli dəyişiklərin Azərbaycanda keçərli olmadığını düşünür: "Bu gün Azərbaycan qanunvericiliyində sosial şəbəkələrdə reklam yerləşdirən zaman vergi tutulması ilə bağlı heç bir müddəa yoxdur. Ona görə də Azərbaycanda belə bir problemin olmasını düşünmürəm. Belə bir tənzimləmənin birbaşa hansısa ölkənin qanunvericiliyində mümkün olacağını düşünmək həddən artıq xəyalpərəst olmaq deməkdir. Çünki sosial şəbəkənin qeydiyyatda olduğu ölkə üzrə bütün gəlir və xərcləri müəyyən olunur. Həmin ölkədə vergi ödəyir".

Xatırladaq ki, ötən gün Türkiyənin maliyyə naziri Məhmət Şimşək Türkiyə mediasına verdiyi müsahibədə sosial şəbəkələrin vergi ödəməli olacağını açıqlamışdı. O bunun üçün qanunvericilikdə olan boşluğun aradan qaldırılmasının vacib olduğunu deyib.

Tarix
2014.03.28 / 16:27
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla