Yuxarı

Azərbaycan Avropanı Rusiyadan qoruyacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məhz bu ərazilərdə Azərbaycan qonşu dövlətə alternativ kimi yanaşılır".

Bunu AB-nin Komissiya sədri Joze Manuel Barozzonun fikirlərini "Axar.az"a şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov bildirdi:

"Hesab edirəm ki, burda söhbət Azərbaycanın Rusiyaya alternativ olmasından gedə bilməz. Düşünürəm ki, Avropa Birliyi də bizə bu aspektdən yanaşmır. Öncə nəzərə almaq lazımdır ki, Avropanın qaz bazarının təxminən 40-45 faizinə Rusiyanın "Qazprom" şirkəti nəzarət edir. Rusiya şərtsiz olaraq Avropa qaz bazarında dominantdır. Ölkəmizin mavi qaz ixracatı qonşu dövlətlə müqayisə olunmasa belə, bu Cənubi və Şərqi Avropanın Rusiyadan mavi qaz asılılığının azalmasına təsir edəcək. Məhz bu ərazilərdə Azərbaycana qonşu dövlətə alternativ kimi yanaşılır. Söhbət mavi qaz məsələsində Moskvadan 100 faiz asılı olan Bolqarıstan, Macarıstan, Rumıniya və Çexiya kimi dövlətlərdən gedir. Nəzərə almaq lazımdır ki, bağlanmış müqavilələrə əsasən "TAP" layihəsi çərçivəsində Azərbaycan birinci mərhələdə ildə 10 milyard, ikinci mərhələdə 20 milyard, sonraki mərhələdə isə 40 milyard kub metr qaz ixrac edəcək. Türkiyə bazarına isə 16 milyard kub metr mavi yanacaq ixrac ediləcək".

"Nabukko" layihəsinin yenidən gündəmə gəlməsi ilə bağlı yayılan iddialara münasibət bildirən iqtisadçı alim bunun Azərbaycana da sərf edəcəyini deyir: "Bu məsələdə Azərbaycan ya "Nabukko vest" layihəsinin yenidən gündəmə gəlməsində, ya da "Nabukko" fonunda "TAP" layihəsinin genişləndirilməsində maraqlıdır. Aydındır ki, "TAP" artıq təsdiq edilib və sözsüz ki, nə Avropa, nə də Azərbaycan yeni kəmərin çəkilməsində maraqlı olmayacaq. Məhz buna görə də "TAP"ın genişləndirilməsi daha məqsədəuyğundur. Məhz bu Azərbaycan qazının təkcə Cənubi Avropa deyil, həm də daxili şəbəkələr vasitəsi ilə Şərqi və Mərkəzi Avropaya çatdırılmasına da təsir edəcək. Hazırda "TAP" vasitəsi ilə mavi qazımızın Bolqarıstana satılması ilə bağlı razılıq əldə edilib. Növbəti illərdə Rumıniya, Macarıstan və Çexiya kimi digər ölkələrlə eynitipli razılaşma əldə ediləcəyinə ümid var. Məhz Avropa Birliyi həmin ölkələrdəki asılılığı minimum 50 faiz azaltmaq niyyətindədir. Təsəvvür edin, Macarıstanın illik qaz tələbatı 3 milyard kub metrdir və əgər Azərbaycan ona 1,5 milyard kub metr qaz satarsa, bu, praktik olaraq Rusiyadan asılılığın azalması deməkdir. Məqsəd hər il Azərbaycanın orta hesabla 1,5 milyard kub metr qazını Mərkəzi və Şərqi Avropa ölkələrinin hər birinə satmaqdır".

Xatırladaq ki, martın 26-da Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb. O, Avropanın Rusiya qaz asılılığından azad olması üçün Azərbaycandan qaz alacaqlarını bildirmişdi.

Tarix
2014.03.28 / 15:14
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla