Yuxarı

NATO: “Azərbaycana Rusiya təcavüzü qaçılmazdır…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycana Rusiyadan təzyiqlər tezliklə daha da çoxalacaq".

Bu sözləri "Axar.az"a açıqlamasında NATO-nun Bakı institutunun prezidenti Fərrux Məmmədov deyib.

O, Azərbaycanın NATO-ya inteqrasiyasının passiv həyata keçirildiyindən təəssüfləndiyini bildirib: "NATO üçün tərəfdaşlarının təhlükəsizliyi önəmlidir və bu yöndə istənilən addımı atmağa hər zaman hazırdır. Burada problem ondan ibarətdir ki, bu yalnızca NATO-nun istəyi ilə mümkün deyil. Müttəfiq olduğu ölkə və həmin ölkəni idarə edən hakimiyyətdən də çox şey asılıdır. Azərbaycanın NATO ilə əməkdaşlığının 20 ili tamam olur. Lakin bu 20 ildə konkret nəticələr hələ də əldə olunmayıb. 2004-cü ildə Azərbaycan NATO-nun Fərdi Tərəfdaşlıq proqramını qəbul etdi və biz bu prosesin sürətlənəcəyini düşündük. Lakin düşündüklərimizlə reallıq tam fərqli oldu. Biz bir şeyi yaxşı bilməliyik ki, NATO-ya inteqrasiya yalnızca hərbiyə olan inteqrasiya deyil. Bu prosesin əsas hissəsini həm də vətəndaş cəmiyyəti aparır. Ötən bu illər ərzində istər hərbidə, istərsə də vətəndaş cəmiyyətində bu işlər çox passiv olaraq həyata keçirildi".

F.Məmmədov Azərbaycanı Rusiyanın təhdidləri qarşısında qoruya biləcək tək qüvvənin NATO olduğunu söyləyib: "Ərazisi Rusiya dəstəyi ilə işğal olunmuş Azərbaycanın NATO-ya və Avropaya inteqrasiya istiqamətində bu cür yol tutması da bir növ anlaşılan deyil. 2008-ci il avqust, 2014-cü il Krım hadisələri bir daha sübut etdi ki, yalnız çıxış yolu NATO-dur. Əlbəttdə ki, BMT-də Ukrayna leyhinə səs vermiş Azərbaycan üçün Rusiya təhdidi daha da çoxalıb. Azərbaycan Ukrayna məsələsində başqa cür yol tuta bilməzdi. Çünki öz ərazisinin 20%-i işğal altındadır. Bu cür təzyiqlərin tezliklə daha da çoxalacağını bilirik. Əgər NATO-ya Azərbaycan hökuməti konkret olaraq hər hansı bir məsələdə açıq yardım istəyərsə, onda NATO təhlükəsizliyə tam qarant dura bilər!"

Qeyd edək ki, bəzi ekspertlər Azərbaycanın BMT-də Rusiya əleyhinə səs verməsindən sonra ona qarşı təzyiqlərin artacağını bildiriblər.

Tarix
2014.03.28 / 14:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla