Yuxarı

Rusiya Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xəzər Donanması gəmilərinin, raket divizionlarının və dəniz piyadalarının iştirakı ilə Dağıstanda genişmiqyaslı taktiki təlimlər keçirilir.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, Adanak poliqonunda keçirilən təlimdə 1000-dən artıq hərbçi iştirak edir.

150 ədəd döyüş və xüsusi təyinatlı texnikanın cəlb olunduğu təlimlərdə 2S9 "Nona" özüyeriyən "haubitsalar", MT-12 "Rapira" tank əleyhinə toplar, həmçinin "Metis" və "Faqot" tank əleyhinə idarə olunan raket komplekslərindən istifadə olunur.

Təlimdə dəniz piyada taborları tərəfindən şərti rəqibin dəniz sahilinin tutulması, gəmi qruplaşmalarının məhvi ssenariləri icra olunur.

Qeyd edək ki, martın 15-dən Rusiya Xəzər Donanmasının gəmiləri Xəzər dənizində təlimlərə başlayıb. Təlimdə "Tatarıstan", "Dağıstan" raket gəmiləri, "Ataman Platov" orta desant kateri və 4 ədəd "Serna" tipli sürətli desant kateri iştirak edir.

Tarix
2014.03.28 / 13:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla