Yuxarı

"Putin Sarkoziyə hücum çəkdi"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna televiziyalarından birinə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin fövqəladə vəziyyətlərdəki danışıqlarda nalayiq ifadələrdən istifadə etdiyini açıqlayıb.

Axar.az "Aktual.az"a istinadən xəbər verir ki, Saakaşvili Rusiya dövlət başçısının dünya liderləri ilə davranışlarında kobudluğa yol verdiyini dilə gətirib: "Bir dəfə o, Fransanın sabiq prezidenti Nikola Sarkozinin üzünə nalayiq söyüşlər işlətdi, üstünə hücum çəkdi. Hətta onun mükəmməl bir tərcüməçisi vardı. Bu sözlərdən onun gözləri bərəlmişdi. Nalayiq sözlərdən Putin hər bir dövlət başçısının çəkisinə uyğun olaraq istifadə edir. O bu yöndə individualdır. Kiçik ölkələrin prezidentlərinə isə ümumiyyətlə fikir vermir".

Saakaşvili həmçinin 2008-ci ilin avqust hadisələri zamanı Putinin reaksiyalarına da toxunub: "Mən ona zəng elədim və bildirdim ki, bütün sivil dünya Rusiyanın Gürcüstana təcavüzünü pisləyən bəyanatla çıxış edir. O isə bütün dünyanı "bir yerə yolladı". Mənə dedi ki, qərblilərin bəyanatlarını onların "bir yerinə" sox".

Saakaşvili sonda Putinin rəğbət bəslədiyi dövlət başçıları məsələsinə də aydınlıq gətirib. Ad çəkməyi məqsədəmüvafiq bilməyən sabiq prezident əlavə edib ki, Putinin daha çox sovet ruhlu ölkə başçılarına hörməti var.

Tarix
2014.03.28 / 12:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla