Yuxarı

Baş keşiş əhalini Rusiya ilə savaşa çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna pravoslav kilsəsinin Kiyev Patriarxlığının baş keşişi Filaret Rusiya ilə müharibə təhlükəsi qarşısında ukraynalıları birliyə və qarşılıqlı hörmətə çağırıb.

"Axar.az" xəbər verir ki, onun bu cür çıxış etməsinə səbəb rus hərbi qoşunlarının Ukraynanın şərq vilayətlərinə hücuma hazırlaşmasıdır:

"Rusiya təkcə Krımı özünə birləşdirmədi, hazırda ölkəmizə qarşı yeni hərbi aqressiyaya hazırlaşdığı xəbərləri yayılır. Onlar ölkəmizlə həmsərhəd olan Bryansk vilayətində, cənubda Rostov vilayətində, həmçinin Krım və Dnestryanı separatçı qurumlarda iri hərbi qoşun dəstələri cəmləşdirməkdədir. Düşmən Rusiya müharibə elan etmədən torpaqlarımızı zəbt edib, proses davam edir. Ancaq indi hamımızdan çox şey asılıdır - ya biz onların təcavüzkar hərəkətinin qarşısını almalıyıq, ya da düşmən torpaqlarımızı istila edəcək".

Filaretin sözlərinə görə, düşmənin hərəkətlərinin qarşısını yalnız xalqın birliyi ala bilər və bunun üçün millətin ruhi gücünü sərgiləmək lazımdır.

Bundan başqa, Filaret həmçinin Rusiyaya və onun rəhbərliyinə də səslənib:

"Silahlı-silahsız, hərbi formada, yaxud mülki geyimdə, fərq etməz - torpaqlarımızı zəbt etməyə qalxarsınızsa, töküləcək qanın məsuliyyəti rüsvayçılıqla sizin üzərinizə düşəcək, necə ki, günahsız Habilin qanı qardaşı Qabilin üzərində qalmışdı".

Tarix
2014.03.28 / 11:45
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla