Yuxarı

Tovuz Xəstəxanası: "Əsgərimiz çox ağır vəziyyətdə gətirilib"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tovuz rayon Mərkəzi Xəstəxanasına 2 nəfər yaralı gətirilib. Onlardan biri xanım, digəri isə hərbçidir".

Bu sözləri "Axar.az"a Tovuz Mərkəzi Xəstəxanasının qəbul şöbəsindən bildirdilər.

Xəstəxanadan qeyd olundu ki, dünən gecə baş verən atışma nəticəsində yaralananlardan biri xanımdır: "Onun vəziyyəti yaxşı olduğu üçün müayinədən sonra evə buraxılıb. Gecə gətirilən hərbçi isə Tağıyev Elman Qoca oğludur. O, sağ ayağının yuxarı bud nahiyyəsindən yaralanıb. Xəstəxanaya gətirilən zaman vəziyyəti çox ağır idi. Hazırda isə nisbətən normallaşıb. Müayinəsi hələ də davam edir".

Müdafiə Nazirliyinin Mətbut Xidmətindən isə "Axar.az"a bildirdilər ki, dünən gecə Əlibəyli kəndində baş verən atışma zamanı hərbçilər arasında yaralanan olmayıb.

Qeyd edək ki, dünən 22.30 radələrindən başlayaraq, erməni silahlı qüvvələri Tovuz rayonun Əlibəyli kəndini intensiv atəşə tutub. Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurub. Sakinlərin bildirdiklərinə görə, son 6 ayda belə intensiv atışma olmayıb.

Tarix
2014.03.28 / 10:41
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla