Yuxarı

Masallı sakinindən 250 min manatlıq narkotik götürülüdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polis narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi zərərsizləşdirib.

"Axar.az " APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, 31 yaşlı Rufiz Rüstəmov şübhəli şəxs qismində saxlanılıb.

R.Rüstəmov saxlanarkən polis əməkdaşlarına müqavimət göstərib qaçmağa cəhd etsə də, əməliyyatçılar onu yaxalayıblar. Saxlanılan şəxsin üstündən bir neçə bağlamada xüsusi olaraq qablaşdırılmış, ümumi çəkisi 2 kq 505 qr olan heroin aşkarlanaraq götürülüb. Əvvəllər də silsilə oğurluq və digər cinayətlər törətdiyi üçün 5 dəfə məhkum edilmiş R.Rüstəmov ifadəsində bildirib ki, azadlığa çıxdıqdan sonra xeyli müddət narkotik maddələrin satışı ilə məşğul olub. Sonuncu dəfə isə Masallı rayonundan əldə etdiyi külli miqdarda heroini satmaq məqsədilə Bakı şəhərinə gətirib. R.Rüstəmov heroini əvvəlcədən tapdığı müştəriyə satmaq üçün metronun Xətai stansiyası yaxınlığına gəlib. Lakin polis əməkdaşları onu ələ keçirdiyindən, istəyinə nail ola bilməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır. Saxlanılan şəxsin ehtimal olunun digər cinayət əməllərinin olub olmadığı istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu əməliyyatla qanunsuz dövriyyədən çıxarılan heroinin qara bazarda qiyməti 250 min manatdan çoxdur.

Tarix
2014.03.28 / 10:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla