Yuxarı

Arınç: “Onlar bütün danışıqlarımızı deşifrə ediblər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini Bülənt Arınç Türkiyə Xarici İşlər Nazirliyində keçirilən gizli toplantının deşifrə edilərək internetdə yayımlanan səs yazısı ilə bağlı çox sərt açıqlamalar verib.

"Axar.az"ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Baş nazirin müavini olduqca aqressiv və emosional danışıb:

"Onlardan hər şey gözləyirik. Bu səs yazısını yayanlar əgər bunu dövlətini batırmaq, milli təhlükəsizliyə zərbə endirmək, dövləti bir başqa ölkə ilə müharibəyə salmaq məqsədi ilə ediblərsə, Allah onların bəlasını versin".

Baş nazirin müavini Bülənt Arınç təhlükəsizlik toplantısının qanunsuz dinlənilməsinə qarşı qanuni tədbirlərin görüləcəyini bildirib:

"Bu gün edilən alçaqlıq dövlətimizlə bağlıdır, Türkiyənin gələcəyi ilə əlaqəlidir. Bu gün Ankaraya getmişdim. Bütün qanuni səlahiyyətlərimizdən istifadə etdik. Təəssüf ki, haradan endirildiyi bilinməyən və təkcə telefon danışıqlarını deyil, məhz müəyyən bir ərazidəki bütün danışıqları dinləmək gücünə malik olan proqramlarla Xarici İşlər Nazirliyindəki olduqca məxfi toplantımız deşifrə edilib.

Arınç təhlükəsizlik toplantısının qanunsuz dinlənilməsi ilə bərabər, həm də yayımlanan səs yazısındakı məsələlərə də aydınlıq gətirib:

"Səs yazısının bir çox yerlərində montajlar da var. Amma əsasən Suriya-Türkiyə sərhəd ərazilərində aparılacaq əməliyyatlar Türkiyənin qarşılaşdığı təhlükəsizlik məsələlərinin müzakirə edildiyi toplantıdır".

Tarix
2014.03.28 / 10:50
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla