Yuxarı

Norveç "Şahdəniz"dəki payını ARDNŞ-yə satdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin "Statoil" şirkətinin "Şahdəniz" layhəsi və Cənubi Qafqaz qaz kəmərində 10 faizlik iştirak payının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Böyük Britaniyanın BP şirkəti tərəfindən alınması üzrə sövdələşmə yaxın vaxtlarda başa çatacaq.

"Axar.az"ın Trend ə istinadən verdiyi məlumata görə, bu barədə "Nefte Compass" BP-nin "Şahdəniz"in işlənməsi üzrə vitse-prezidenti Al Kuka istinadən xəbər verir.

A.Kuk ümid etdiyini bildirib ki, hər iki sövdələşmə yaxın bir neçə həftə ərzində yekunlaşacaq.

Bəzi KİV-lərin "Total" şirkətinin (Fransa) "Şahdəniz" layihəsində iştirak payını qismən və ya tam satması və "Botaş" şirkətinin (Türkiyə) bu aktivləri əldə etmək istəyi barədə yaydığı xəbərlərə münasibət bildirən A.Kuk qeyd edib ki, BP "Total"ın layihədə iştirak payı barədə Fransa şirkəti ilə danışıqlar aparmır.

Qeyd edək ki, "Statoil"dan daha əvvəl verilən məlumata əsasən, Azərbaycanda şirkətin aktivlərinin alqı-satqısı üzrə sövdələşmə 1,45 milyard dollar təşkil edir.

"Statoil"un Azərbaycanda aktivlərinin bir qismini satması nəticəsində ARDNŞ və BP "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində və Cənubi Qafqaz qaz kəmərində müvafiq olaraq 6,7 faiz və 3,3 faiz pay əldə ediblər.

Qeyd edək ki, "Şahdəniz" tərəfdaşları (satın alma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP - operator (28,8%), ARDNŞ (16,7%), "Statoil" (15,5%), "Total" (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%).

Tarix
2014.03.28 / 09:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla