Yuxarı

"Sağ sektor"la razılaşma əldə olundu - Yeniləndi (4)

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

27.03.2014 - 23:55

Ukraynada "Sağ sektor" hərəkatının fəalları Ali Radanın binasına hücuma keçib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Ali Rada binasının qarşısında 2000-dən çox "Sağ sektor"un təmsilçisi toplaşıb. Məlumata görə, üzü maskalı və dəyənəklərlə silahlanmış insanlar daxili işlər naziri Arsen Avakovun istefasını tələb edir. Onlar həmçinin sabiq müdafiə naziri İqor Tenyuxun hərbi tribunala cəlb olunmasını tələb edirlər.

Fəalların artıq parlamentin şüşələrini qırdığı bildirilir. Nəşrin məlumatına görə, etirazçılar yandırmaq üçün özləri ilə avtomobil şinləri gətirib.

Deputatlar və parlament aparatının əməkdaşları artıq binanı tərk ediblər. Binada yalnız mühafizəçilərin olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl Maydanda bir neçə gün əvvəl öldürülən "Sağ sektor"un fəalı Aleksandr Muzıçkonun (Saşko Bilıy) xatirəsinə həsr olunmuş "xalq yığıncağı" keçirilib.

00:19

Ukraynanın UDAR partiyasının lideri Vitali Kliçko Ali Radanın binasına hücum edən "Pravıy sektor" təşkilatının üzvləri ilə danışıqlar aparır.

O, təşkilat fəallarını binaya hücum etməmək üçün yola gətirməyə çalışır. "Bu Ukraynadakı vəziyyəti qeyri-stabilliyə aparır. Parlamenntin binası boşdur. Deputatlar gediblər", - Kliçko deyib.

Qeyd edək ki, "Pravıy sektor"un üzvləri daxili işlər naziri Arsen Avakrvun istefasını tələb edirlər. Onların fikrincə, nazir bu ilin yanvar və fevralında Maydanda insanların ölümünü düzgün araşdırmır. "Pravıy sektor" Arsen Avakovu təşkilatın fəallarından olan Saşa Bilıyın qətlinə sifariş verməkdə də günahlandırır. ("Musavat.com")

00:46

Bu dəqiqələrdə "Sağ sektor"la aparılan danışıqlardan sonra hərəkat üzvləri aksiyanı sabaha qədər təxirə saldıqlarını elan ediblər.

"Axar.az" xəbər verir ki, bu barədə Ali Radanın üzvü Oleq Lyaşko məlumat verib.

Onun sözlərinə görə, gərgin danışıqlardan sonra Daxili İşlər naziri Arseni Avakovun istefasını Radanın sabahkı iclasının gündəliyinə salınması razılaşdırılıb.

Avakovun istefa məsələsinin təşəbbüskarı isə Lyaşkonun özüdür.

01:12

"Sağ sektor"la əldə olunan razılaşma əsasında istefası Ali Radaya çıxarılacaq Daxili İşlər naziri Arseni Avakov açıqlama verib.

"Axar.az" xəbər verir ki, "Çenzor.net" agentliyinə açıqlamasında Avakov bildirib ki, Saşko Biliyin ölümü ilə bağlı həm "Sağ sektor"un lideri Dmitri Yaroşun özü, həm də vəkilləri ilə danışıqlar aparmağa və məsələni şəffaf şəkildə həll etməyə hazırdır.

Tarix
2014.03.28 / 01:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla