Ana səhifə Toplum |
Masallıda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib.
"Axar.az" APA-ya istinadən xəbər verir ki,
hadisə martın 27-də saat 21.00 radələrində rayonun Bambaşı kəndi
ərazisində qeydə alınıb. "VAZ-2107", "VAZ-21011" və "Mitsubishi
Pajero" markalı minik avtomobillərinin bir-biri ilə toqquşması
nəticəsində "VAZ-21011"-in sürücüsü, Masallının Güllütəpə kənd
sakini, 1948-ci il təvəllüdlü İmaməli Feyruz oğlu Qubadov aldığı
çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.
Həmin avtomobilin sərnişinləri, rayonun Güllütəpə kənd sakinləri,
1947-ci il təvəllüdlü Qızxanım Xanı qızı Qubadova və 1954-cü il
təvəllüdlü İstəgül Səlimxan qızı Qubadova, həmçinin "VAZ-2107"
markalı avtomobilin sərnişini, Masallı şəhər sakini, 1989-cu il
təvəllüdlü Ülvi Akif oğlu Əzimov müxtəlif dərəcəli bədən
xəsarətləri ilə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasının Masallı Regional Mərkəzinə yerləşdiriliblər.
Müvafiq tibbi yardımdan sonra hər 3 yaralının vəziyyəti hazırda
kafi qiymətləndirilir.
Faktla bağlı Masalı Rayon Polis Şöbəsi tərəfindən araşdırma
aparılır.
Tarix
2014.03.27 / 22:56
|
Müəllif
Axar.az
|